Qızılyurd (tarixi adı Çiryurd) (qum. Къызылюрт (Qızılyurt), Чирюрт (Çiryurt), avar. Гъизилюрт) - Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Əhalisinin milli tərkibi əsasən qumuqlar, avarlar, laklar təşkil edir.

Şəhər Sulaq çayının sahilində, Mahaçqala şəhərindən 53 km məsafədə yerləşir. Qızılyurd rayonunun və şəhər dairəsinin inzibati mərkəzi.

Tarixi 19 oktyabr 1831-ci ildə Qafqazın ruslar tərəfindən istilası vaxtı qumuqların yaşadığı Çiryurd kəndi ruslar tərəfindən hücuma məruz qalır. Hücumda, bu hadisələrə bir neçə şeirini həsr etmiş rus şairi Aleksandr Polejayev iştirak edir.

1886-cı ildə Dağıstan vilayətinin Aşağı Çiriyurd ərazisinə Samara quberniyasının ruslar köçürülür.

Bir neçə ildən sonra Vladikafkaz dəmir yolunun tikintisi başlanır. Sulaq çayı boyu Dağıstan və Terek vilayətlərinin sərhədində Beslan-Petrovsk (indiki Mahaçqala) xətti yolunda Çiryurd stansiyasının əsası qoyulur. Stansiyada əsasən ruslar məskunlaşdı. Beslan-Petrovsk xətti 1894-cü ildə açılır.

SSRİ dövrü 1921-ci ildə Dağıstan MSSR yaradılır. 1930-cu ildə stansiya Krasnoye selo adı ilə qəsəbə statusu alır.

Lakin qəsəbənin "Krasnoye selo" (qırmızı kənd) adı tezliklə qumuqcaya tərcümə edilərək "Qızılyurd" adını daşımağa başlayır.

1963-cü ildə Qızılyurd şəhər statusu alır.

Əhali 2018-ci ilin siyahıyalınmasına əsasən Qızılyurd şəhərinin 37,171 nəfərlik əhalisi var. MilliyətƏhali (2010)FaizAvarlar23 38270,88 %Qumuqlar3 91511,87 %Laklar1 7605,34 %Ruslar1 2503,79 %Ləzgilər9562,90 %Dargilər8392,54 %digərləri8462,56 %cəmi32 988100,00 %

İstinadlar

Kateqoriya:Dağıstan şəhərləri