Boris Zeydman (Zeydman Boris İsaakoviç) — bəstəkar, pedaqoq. Azərb. əməkdar inc. xad. (1956). "Maskarad" (1945), "Ağıldan bəla" (1949) operalarının, "Qızıl açar" (1957) baletinin, musiqili komediya və s. əsərlərin müəllifidir.

Həyatı Boris Zeydman 10 fevral 1908-ci ildə Peterburqda anadan olub.

Leninqrad Konservatoriyasında təhsil alıb (1931). Saratov və Leninqrad musiqi məktəbində, Leninqrad Konservatoriyasında (1936–1939), Bakı Konservatoriyasında (1939–1957), Daşkənd Konservatoriyasında (1957-ci ildən) dərs deyib. Operaların, baletlərin, musuqili komediyaların, konsertlərin, simfonik əsərlərin müəllifidir. Özbəkistan dövlət mükafatı laureatı (1959), Azərbaycan (1956) və Özbəkistan (1964) əməkdar incəsənət xadimi Boris Zeydman 1981-ci ildə vəfat edib.

Filmoqrafiya Sualtı qayıq "T-9" (film, 1943)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Film bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları