Jan Valjan — Viktor Hüqonun 1862-ci ildə yazılmış Səfillər romanının bir obrazıdır. Hüqo obrazın iqtisadi böhran ərəfəsində öz bacısı qızını doyurmaqdan otrü çörək oğurladığı və dəfələrlə qaçmağa çalışdığı üçün məhbus həyatı sürdükdən sonra normal yaşamaq üçün çəkdiyi 19 illik əziyyətini təsvir edir. Valjan romanda həmçinin Monsenior Madelien, Foşlevant, Monsenior Leblank və Fabre kimi də adlandırılır. Monsenior Leblank Valjanın istifadə etdiy bir ləqəb deyil. Marius saçının ağ olduğu üçün onu belə adlandırırdı.

Valjan və onunla dəfələrlə qarşılaşaraq, hər dəfəsində məhbəsə geri qaytarmağa çalışan İnspektor Javer bədii ədəbiyyatda arxetipə çevriliblər. Məşhur bir fərziyyəyə görə Jan Valjan obrazı Hüqonun özünü və onun solçu hissini təmsil etmək üçün yaradılıb. 1871-ci ildə, Hüqo Paris Kommunası kimi bilinən radikal qiyam ərəfəsində Brüsseldə yaşadığı zaman anti-inqilabi qara camaat onun evinə hücüm çəkib və evin pəncərələrini "Jan Valjanla birlikdə məhv ol!" qışqıraraq sındırıblar.Behr, Edward (1989). he Complete Book of Les Misérables. NY: Arcade. səh. 24.

Romanın planı Bir məhkum olaraq Valjana ciddi məhdudiyyətlər altında yaşamağa məcbur ediləcəyi Pontarlierə getmək üçün sarı "feuille de route" verilmişdi. Onu hər kəsə keçmiş məhkum kimi tanıdan və Valjanı hara gedirdisə dərhal səfil kimi damğalayan bu sənəd tez-tez "passeport jaune" (sarı vəsiqə) adlandırılırdı. Dinyenin baş yepiskopu Miriel Valjanın onun dəyərli gümüş əşyalarını oğurlamasına baxmayaraq, polisə bu xəzinəni Valjana onun özünün verdiyini bildirir. Bu qarşılaşmadan sonra Valjan tövbə edərək şərəfli və ləyaqətli bir insana çevrilir. O qarşılaşdığı her kəslə mehriban davranan biri, öz anası Fantinanı itirən qıza sədaqətli ata əvəzi və ehtiyacı olanlar üçün xeyriyyəçi idi. Cinayətkar və səfil kimi tanınmasına baxmayaraq, Valjan hələ də ən gözəl insanlıq nümunələri göstərməyə davam edirdi. Valjan qanunun yanlış tərəfində, ancaq insanın kəramət və etikasının düzgün tərəfində yer alır.

Onun əksi bacarıqlı polis müfəttişi Javer cəmiyyətdə şərəfin tərəfində yer alır. Valjan və Javerin munasibətləri qanun və sevgi arasındakı qarşılıqlı münasibətdir. Javer Valjanı insanlığın xeyriyyəçisindən daha çox əvvəllər olduğu kimi məhbus olaraq görür.

Jan Valjan romanda

Birinci hissə: Fantina İlk fəsilləri Din şəhərində yaşayan qoca təmizqəlbli keşiş olan yepiskop Mirielə həsr etdikdən sonra Hüqo heç bir keçid olmadan Valjanın hekayəsinə başlayır. O bir oktyabr axşamı Din şəhərinə çatan və gecələmək üçün bir yer axtaran qəribə adamdır. Uzun müddət yer axtardıqdan sonra nəhayət ona inanan, şam yeməyi və gecələmək üçün yataq verən yepiskop tərəfindən qəbul edilir. Sonra Hüqo Valjanın keçmişinə nəzər yetirir. O 1769-cu ildə kiçik qəsəbədə anadan olub və uşaq yaşlarında yetim qalıb. O budayıcı olur və öz dul bacısına və onun 7 övladına baxmağa kömək edib. 1795-ci ilin qışında, ərzaqın qıt olduğu bir vaxtda Valjan yerli çörəkçidən bir parça çörək oğurlayır. O tutulur və 5 il müddətində Toluon həbsxanasında saxlanılır. O 4 dəfə qaçmağa cəhd göstərir və hər dəfəsində onun cəzası 3 il artırılır. O həmçinin ikinci qaçışı zamanı müqavimət göstərdiyi üçün əlavə 2 il də həbsxanada qalmalı olur. Həbsxanada 19 il keçirdikdən sonra o sərbəst buraxılır, ancaq qanuna əsasən o keçmiş məhkum olduğunu bildirən sarı vəsiqə daşımalı idi.

O, gecə oyanır və yepiskopun gümüş məmulatlarını və gümüş boşqablarını oğurlayaraq qaçır. O tutulur və yepiskopa geri gətirilir, amma yepiskop Valjana onun gümüşləri ləyaqətli insan olmaq üçün işlədəcəyi barədə verdiyi sözü xatırladaraq ona verilən gümüş şamdanları götürməyi unutduğunu bildirir (polislərin qarşısında). Bununla o Valjanın ruhunu cəhənnəmdən alıb Tanrıya verdiyini bildirir. Biz sonradan görürük ki, yepiskopun sözlərinə baxmayaraq polis bu hadisəni Valjanın qeydlərinə əlavə edir.

Çaşmış və yepiskopun danışdıqlarını tam olaraq anlamayan Jan Valjan yaxınlıqdakı dağlara tərəf yol alır və Petit Gervis adlı gənc bir işçi ilə rastlaşır. Valjan ayağını Petit Gervisin düşürdüyü qəpiyin üzərinə qoyur. Gervisin etirazlarına baxmayaraq, Valjan onu geri qaytarmaqdan imtina edir və onu döyməklə hədələyir. Oğlan hadisə yerindən getdikdən sonra Valjan yepiskopun ona dediklərini xatırlayaraq təsirlənir. O etdiyi hərəkətdən utanır və boş-boşuna oğlanı axtarır.

Hüqo Fantinanı təqdim edir və onun övladının atası tərəfindən necə tərk edildiyini izah edir. 1815-ci ildə artıq Madelien adını istifadə edən Jan Valjan Montreul-sur-Merə çatır. O, şəhərin təsərrüfatında inqilab edir və əsasən şəhərin abadlaşmasına, xəstəxana çarpayılarının təmirinə, yetim uşaq evlərinə və məktəblərə xərclədiyi sərvət qazanır. O birinci dəfə rədd etdikdən sonra mer təyin edilir. Valjan kralın onu Şərəf Legionunun Cəngavəri etmək təklifini də rədd edir.

Madelien Foşlevant adlı bir qoca kişini ölümdən xilas edir. Foşlevantın atının ayağı sındığı üçün o öz faytonunun altında bataqlığa bataraq qalmışdı. Bu xilasın şahidi olan Javer Madelienə bildirir ki, o, məhbusların nəzarətçisi işləyən zaman dirəyin altına faytona atıldığı kimi atılan və onu arxasında qaldıran belə bir güclü adam tanıyırdı. Valjan faytonu qaldıra biləcək şəxsə pul verməyi təklif etdi, ancaq heç kəs öz həyatlarını faytonun altına atmaqla risk etmək istəmədi və fayton daha sürətlə batmağa başladı. Valjan palçığın içinə tullandı və Foşlevantı vaqonun altından xilas etdi. Artıq Foşlevant öz biznesini vaxtından əvvəl itirmişdi və indi diz qapağı da sındı. Valjan Foşlevant üçün qadın monastırında bir iş təşkil etdi. Jan Valjan həmçinin Foşlevanta pul vermək üçün bəhanə olsun deyə sınıq faytonu və atları da ondan aldı.

Sonradan Javer fahişəyə çevrilən Fantinanı onu ələ salan və paltarından içəriyə qar atan Bamatabois adlı burjuaya tüpürüb onu vurmaq istəyəndə görərək tutur. Valjan bütüb hadisəni görür və bilir ki, tutulmalı olan şəxs Bamataboisdir və Fantinanı sərbəst buraxmağı təklif edir. Javer yalnız öz gördüyünü bilir və Polisin işinə qarışdığı üçün Valjana qarşı qəzəb hissi duyur. Valjan Javerə onun heyəti qarşısında getməyi təklif edəndə Javer gedir və Parisin baş məmuruna Madelienin Valjan olmasından şübhələndiyini bildirir. Javerə əsl Jan Valjanın indicə tapıldığından dolayı onun yanlış olduğu deyilir.

Valjan Fantinanı yerli xəstəxanaya aparır (hansı ki merin evinin bir hissəsi idi) və onun qayğısına qalır. O Fantinanın qızı Kozetta haqqında öyrənir və Tenardyelərə (Kozettadan sui-istifadə edən şəxslər) pul ödəməyə çalışır.

Sonradan Javer Madeliendən üzr istəyərək bildirir ki, əsl Jan Valjan tapılıb və növbəti gün məhkəməyə çıxarılacaq. Javer həmçinin yanlışlıqla qisas almaq istədiyi üçün rüsvay olduğunu, başqalarına qarşı sərt davranıb özünə qarşı sərt davrana bilməyəcəyini deyərək işindən azad olduğunu bildirir, lakin Valjan dəfələrlə bunu rədd etdikdən sonra Javer onu əvəz edə biləcək birisi tapılana qədər polis vəzifəsini davam etdirəcəyini bildirir.

Yalnız burada roman nəhayət Madelienin Valjan olduğunu açıqlayır.

thumb|Fantinanın ölümü. Valjan onun gözlərini örtür

O gecə Valjan özü ilə gərgin mübarizə yaşadı, ancaq sonda məhkəməyə getməyi və onun əvəzinə həbs olunacaq şəxsi xilas etmək üçün öz kimliyini bildirməyi qərara alır. O öz sübutlarını irəli sürür və özünün həqiqi Jan Valjan olduğunu təsdiqləyir, ancaq heç kəs onu tutmaq istəmir və beləliklə Valjan onu harada tapa biləcəklərini bildirir və Montreul-sur-Merə geri qayıdır. Baxmayaraq ki, məhkəmənin hakimi Monsenior Madelienin işinə və şöhrətinə kifayət qədər heyran idi, onun Valjan olmasını eşitdikdə şokda idi. Növbəti gün Valjan Fantinanın otağında olarkən Javer onu tutmağa gəlir. Valjan Javerden Monfermeylə gedib Kozettanı Fantinaya gətirmək üçün 3 gün möhlət istəyir, ancaq Javer bunun Valjan üçün asan qaçış yolu olacağını deyərək rədd edir. Fantina (həkimlər tərəfindən ona Valjanın Kozettanı gətirdiyi deyilmişdi) qızının orda olmadığını və onun xilaskarının həbs olunduğunu bildikdə şoka düşdü və şokdan vəfat etdi. (artıq onun bədəni onun kasıb yaşayışından və uzun müddətdir əziyyət çəkdiyi xəstəlikdən zəifləmiş, çox güman ki vərəm olmuşdu)

Valjan Javerə onu tutmağa icazə verir, ancaq cəld aradan çıxır. Sonradan Valjan palarlarını yığmaq üçün evinə qayıdır və Javer onu axtarmağa gələndə qapının arxasında gizlənir. Xəstəxana baxıcılarından biri olan Simplis bacı həyatı boyu yalan danışmamaqda şöhrətə sahib olmasına baxmayaraq, Javerə Valjanı qorumaq üçün evdə heç kimin olmaması haqda 2 dəfə yalan dedi. Javer ona inandı və Valjana şəhərdə gizlənmək üçün şans verərək getdi.

İkinci hissə: Kozetta Qısa bir fəsil əsasən oxucunu Jan Valjanın Monfermeylə gedən zaman (söz verdiyi kimi Fantinanın 8 yaşlı qızını gətirməyə gedərkən) yenidən tutulmasından xəbərdar edən iki qəzet yazısından ibarətdir. 1823-cü ilin iyul ayında o oğurluq və Montreul-sur-Merdə həbsdən qaçdığı üçün ölümə məhkum edildi. Onun cəzası kral tərəfindən azaldılaraq ölüm cəzası yox ömürlük həbs cəzası oldu. O saxlanmamışdan əvvəl Jan Valjan artıq Monfermeylə səyahət etmiş və Monsenior Madelien olaraq yığdığı bütün pulu orada basdırmışdı — fəsil Monfermeyldə keçmiş Toulon məhbusu olan bir işçidən danışır, kim ki yerli bir nağıla görə meşədə öz xəzinəsini basdıran şeytanı gördüyünü iddia edir. Bizə nəyə görə Valjanın öz xəzinəsini Monfermeyldə basdıraraq, Parisə geri qayıdıb sonra Monfermeylə geri qayıtmağa cəhd göstərməsi barədə heç bir açıqlama verilmir.

Valjana yeni 9430 nömrəsi təyin olunur, ancaq 1823-cü il 16 noyabrda yalnız bir neçə ay həbsdə qaldıqdan sonra gəminin takelajında təhlükəli vəziyyətdə ilişib qalmış gəmiçini xilas etdikdən sonra bilərəkdən dənizə yıxılaraq yelkənli gəmidən qaçır. Bundan sonra o rəsmi olaraq ölü hesab edildi.

thumbnail|left|Kozetta

1823-cü ildə Jan Valjan Monfermeylə gedir və Milad axşamı Kozettanı meşədə yalnız görür. Onunla birlikdə geri qayıdırlar və Valjan o axşam Tenardyelərin onunla necə pis rəftar etmələrinin şahidi olur. O, həmçinin Tenardyelərin qızları Eponina və Azelmanın da onunla kobud rəftar etdiyini, onların atılmış gəlinciyi ilə oynamağa çalışdıqda analarına şikayət etdiklərini də gördü. Bunu gördükdən sonra Valjan oranı tərk edir və bir müddət sonra Kozettanın məmnuniyyətlə qəbul etdiyi yeni, gözəl gəlinciklə geri qayıdır. Bu Madam Tenardyedə Valjana qarşı əsəb hissi yaradır və bunu onun qızlarına yox Kozettaya etməyi özünə təhqir hesab edir. M. Tenardye ona deyir ki, Valjan onlara pul ödədiyi müddətdə istədiyi hər şeyi edə bilər. O axşam Mme. Tenardye Kozettanın növbəti gün küçəyə atılmasını təkid edir.

Növbəti səhər Milad bayramı günü Valjan Kozettanı özü ilə aparmağı təklif edir. Mme. Tenardye dərhal qəbul edir, ancaq M. Tenardye kompensasiya üçün qiymətləşir və sonda 1500 frank əldə edir. Valjan Kozettanı özü ilə aparır. Yalnız indi kitab Kozettanın qarşılaşdığı müəmmalı şəxsin Jan Valjan olduğunu bildirir. M. Tenardye tezliklə Kozettanı çox ucuza satdığından təəssüflənir və onların arxasınca qaçır. M. Tenardye daha çox pul tələb etdikdə Valjan qeydi daşıyan şəxsin Kozettanı götürməyə səlahiyyəti olduğunu deyərək, ona Fantinanın ölümündən əvvəl yazdığı qeydi verir. M. Tenardye Valjanı izləməyə davam etmək istəyir, ancaq tez bir zamanda qorxaraq geri qayıdır.

Valjan Kozettanı Parisə aparır. Onlar 1824-cü ilin yazınadək sakit yaşaya bilmirlər. Çünki Javer Paris polislərinə onların yaşadıqları evi tapmağı tapşırmışdı. o Monfermeyldən uşaq qaçırmaq barədə eşitmişdi və Valjanın ondan istədiyi 3 günlük icazəni xatırlayırdı. O həmçinin Monfermeyldən gəlmiş qız nəvəsi olan kasıb geyinmiş, başqa kasıb insanlara pul verən, "sədəqə verən dilənçi" haqda da eşitmişdi. Javer bu şəxsin Valjan olduğu bilir və onu tutmaq üçün planlar hazırlayır.