12 cədvəl qanunları— E.ə 451–449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası.

Haqqında E.ə. V əsrdə ilk Roma məcəlləsi — "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu.

"12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb. Bu qanunlar haqqında yalnız qədim müəlliflərin əsərləri vasitəsilə məlumatlar əldə edilmişdi. Həmin mənbələr arasında E.ə. II əsrdə yaşamış hüquqşünas Qayın Roma hüquq məktəbləri üçün yazdığı dərslik mühüm əhəmiyyətə malikdir.

"Şəhər", "şəhər icması" mənasını verən "sivitas" sözünə görə "Cədvəl qanunu" "sivil" adlandırılırdı. Yəni bu kateqoriya vətəndaşlara, şəhər icmasına məxsus qanunlar kimi başa düşülürdü.

Məqsədi Bu qanunların 2 məqsədi vardı:

Siyasi məqsəd — ali zümrə və xalq arasında bərabərlik yaratmaq. Lakin, bu tam şəkildə icra edilə bilmədi (Ali zümrə ilə aşağı təbəqənin evlənməsini qadağan edən qanunlar vardı) Hüquqi məqsəd — keçmiş adət və ənənələri qanun toplusu şəklində təsbit etmək

Maddələri "12 cədvəl qanunları"nın əsas fərqləndirici cəhəti şeylərin iki kateqoriyaya bölünməsi idi. Birinciyə əsas etibarilə torpaq, qullar, kənd təsərrüfatı işlərində istifadə olunan mal-qara; ikinciyə isə qalan şeylər daxil idi. Bu bölgünün praktik tərəfi onların mülkiyyətçisinin dəyişməsində — satılmasında, hədiyyə edilməsində özünü göstərirdi. Torpağın, qulların, kənd təsərrüfatı işlərində istifadə olunan mal-qaranın mülkiyyətçisinin dəyişməsi yalnız dəqiq müəyyən edilmiş normalar çərçivəsində mümkün ola bilərdi.

Borc əməliyyatları ilə bağlı "12 cədvəl qanunları" çox sərt qaydalar müəyyənləşdirmişdi. Əgər borc götürən vaxtında borcu ödəyə bilmirdisə, borc verənin onu evinin zirzəmisində qandallamaq hüququ var idi. O, üç dəfə bu vəziyyətdə şəhər meydanına çıxarılır və qohumlarından, tanışlarından yardım istəyirdi. Əgər ona kömək etməsəydilər, borclu edam olunurdu. Bir neçə nəfərə borclu qalanı isə hətta bir neçə hissəyə bölməyə də icazə verilirdi.

Ailə münasibətlərində ailə başçısı ev sahibinə qeyri-məhdud hüquqlar verirdi. Onun evində yaşayanların hamısı bir soyadı daşıyırdı. Ailənin mülkiyyəti kollektiv mülkiyyət hesab olunurdu, amma mülkiyyətlə əlaqədar yalnız ailə başçısı sərəncam verə bilərdi. Arvad da bütün ev sakinləri kimi ailə başçısından-ərindən asılı vəziyyətdə idi. "12 cədvəl qanunları" müəyyən məhdudiyyətlərlə vəsiyyətə görə mirasa da icazə verirdi. Bu qanunun cinayət-hüquq müddəaları sərtliyi ilə seçilirdi. Məsələn, evin yandırılmasında günahkar bilinən şəxs belə, ölüm cəzasına məhkum edilirdi. Axşam vaxtı, yaxud əlində silah yaxalanmış oğrunu da ölüm hökmü gözləyirdi. Gündüz vaxtı oğurluq üstündə yaxalanan cərimələnir və sonra ziyan çəkənin quluna çevrilirdi. "12 cədvəl qanunları"nda qəsdən adamöldürmə isə xatırladılmır. Ona görə ki, bu cinayətə görə nəzərdə tutulan cəza (Ölüm hökmü) şübhə doğurmadığından onu xüsusi qeyd etməyə ehtiyac olmayıb. Qulların cinayətlərinə məhkəmədə baxılırdı. Qulun heç bir təminatı və müdafiəsi ilə bağlı heç bir hüququ yox idi.

Mülkiyyətlə bağlı mübahisələrin həlli isə mürəkkəb prosedurları nəzərdə tuturdu. İddiaçının cavabdehi zor tətbiq etməklə məhkəməyə gətirmək hüququ var idi.

12 cədvəl qanunları aşağıdakılardırColeman-Norton, P. R. (1960). The Twelve Tables. Princeton: Princeton University, Dept. of Classics.: Cədvəl 1Prosedur: məhkəmələr və məhkəmə prosesləri üçünCədvəl 2Məhkəmə proseslərinin davamı və oğurluqCədvəl 3BorcCədvəl 4Atanın ailə üzərində hüquqlarıCədvəl 5Qanuni himayədarlıq və mirasCədvəl 6Əldə etmə və sahiblikCədvəl 7Torpaq hüququ və cinayətlərCədvəl 8Fərqliliklər və xırdalıqlarCədvəl 9İctimai hüquqCədvəl 10Müqəddəs qanunCədvəl 11Əlavələr 1Cədvəl 12Əlavələr 2

İstinadlar

Kateqoriya:Roma hüququ