Gültac Əlili — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası.
Həyatı Əlili Gültac Müzəffər qızı 1 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakültəsini bitirib.
2007-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist solist vəzifəsində çalışır. İşlədiyi müddətdə O. Rəcəbov, A. Babayev"Seytanın yubileyi" Xəyalə, R. Mirişli, M. Haqverdiyev"Qısqanc ürəklər" Leyla, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu" Qonşu qız, İ. Kalman " İdialı qaraçı" Zari, R. Mirişli, M. Haqverdiyev "Amerikalı kürəkən" Reyhan, O. Rəcəbov, A. Babayev "Əlin cibində olsun" Əsmər, S. Ələsgərov, İ. Məlikzadə "Kələkbazlar" Çiçək, F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana"Gülnaz, R. Hacıyev"Talelər qovuşanda" Nərgiz, Ə. Haqverdiyev "Kimdir müqəssir" Bahar, Nikolay Qoqolun "Evlənmə" Aqafa Tixonovna, Ü. Hacıbəyov "O olmasın bu olsun"Gülnaz R. Heydər O. Kazımi"Qızıl Toy" Aygün, Ə. Səmədli"Toya bir gün qalmış" Kiçik qız.
Filmoqrafiya Sonuncu fəsil (teleserial, 2013) Gizlənpaç (film, 2016) Sən demə (film, 2020)
İstinadlar
Xarici keçidlər Gültac Əlili — "999-cu gecə" tamaşasından mahnı
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Gəncədə doğulanlar