Moldova bayrağı — Moldovanın Dövlət bayrağı
Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.
Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ay-ulduzlu bayraqlar Kateqoriya:Moldova Kateqoriya:27 apreldə yarananlar Kateqoriya:1990-cı ildə yarananlar Kateqoriya:Heyvan təsviri olan bayraqlar Kateqoriya:Moldovanın dövlət rəmzləri