thumb|right|170px|Zodiakın göndərdiyi məktubların sonunda istifadə etdiyi imzası. İşarə sonralar Zodiak qatilinin simvolu kimi qəbul olunmuşdur.

Zodiak () — 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının şimal bölgəsində (; ) fəaliyyət göstərmiş seriyalı qatil. Zodiak Amerika cinayətkarlıq tarixinin ən məşhur qatillərindən biri hesab olunur. Onun məşhurlaşmasının səbəblərindən biri bu günə qədərdə kimliyinin müəyyənləşdirilə bilməməsi və mətbuata göndərdiyi şifrəli-zəhərli məktublar olmuşdur.

Zodiak tərəfindən törədildiyinə inanılan ilk cinayət hadisəsi 1968-ci ilin dekabr ayında baş vermişdir. Ümumən Kaliforniya ştatının Benikia, Vallexo və San-Fransisko şəhərlərində cinayətlər baş vermişdir. 1968-ci ilin dekabr ayından 1969-cu ilin oktyabr ayına qədər davam edən silsilə cinayətlər zamanı 16-29 yaş arası dörd kişi və üç qadın hədəf alınmışdır. Qatil Zodiak adını cinayətlətləri törətdiyi zaman San-Fransisko körfəz sahəsinin qəzetlərinə göndərdiyi şifrəli məktublar əsnasında əldə etmişdir. Məktublar şifrələnmiş olmaqla yanaşı eyni zamanda zəhərli idi. Bu günə qədər Zodiak tərəfindən göndərildiyinə inanılan məktublardan sadəcə birinin şifrəsi açılmışdır.

Bir çox şübhəlinin adı polis tərəfindən aparılan istintaq zamanı səsləndirilsədə, konkret bir dəlil tapılmamışdır. 2004-cü ildə San-Fransisko Polis Departamenti cinayət işinə xitam vermişdir. Ancaq iş 2007-ci ilin mart ayında yenidən açılmışdır. Cinayət işi istər Vallexo şəhərində istərsədə Napa və Solano ərazilərində hələ də davam edir. Kaliforniya Ədalət Departamenti 1969-cu ildən bəri açıq qalan prosesə hələ də davam etməkdədir.SFPD News Release, March 2007

60 - cı illərdə Kaliforniya

Cinayətlərin zaman xətti

Lake Herman Road hücumu

Zodiak qatili ilk cinayətini 1968-ci ilin 20 dekabr tarixində Benikia şəhərində təhsil alan məktəblilər Betti Lou Yensen və Devid Faradayə qarşı həyata keçirdi. Çütlük yaxınlaşmaqda olan milad bayramını qeyd etmək üçün Hogan Ali Məktəbindən 3 blok məsafəsində yerləşən Betti Yensenin evinə getmişdilər.

Qurbanlar

Xilas olmağı bacaranlar

Zodiakdan gələn məktublar

Məşhur ədəbiyyatda

İstinadlar

Kateqoriya:ABŞ seriyalı qatilləri