Gülcahan Əhməd qızı Salamova () — Azərbaycannın teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası.

Həyatı Gülcahan Salamova 1963-cü il mart ayının 1-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyib. Çalışdığı müddətdə teatrın səhnəsində çoxsaylı obraz yaradıb. 1995-ci ildə "Bəşir" teatrında fəaliyyət göstərmişdir. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak etmişdir.

G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Subaydır.

Mükafatları 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Əsas rolları Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Qızıl toy (R.Heydər) — Aygün 5 manatlıq gəlin (M.S.Ordubadi) — Naznaz Hərənin öz ulduzu (İ.Məlikzadə) — Məleykə Məsmə xala dayımdır (C.Məmmədov) — Sənubər Milyonçunun dilənçi oğlu (Ş.Qurbanov) — xanım Yeddi məhbusə anası (Ə.Əmirli) — Həcər Şeytanın yubileyi (A.Babayev) — Şamiyə Hələlik (R.Əhmədzadə) — Qənirə Ər və arvad (Ü.Hacıbəyov) — Gülpəri Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə Məhəbbət oyunu (Q.Rəsulov) — Qəmər Qısqanc ürəklər (M.Haqverdiyev) — Zema O olmasın, bu olsun (Ü.Hacıbəyov) — Gülnaz Hicran (ikinci quruluş (1993); S.Rəhman) — Hicran Özümüz bilərik (Ş.Qurbanov) — Lalə Subaylarınızdan görəsiniz (İ.Məlikzadə) — Qəndab Lotereya (V.Səmədoğlu) — Sona Xanuma (A.Saqarelli) — Kabato Toya bir gün qalmış (Ə.Səmədli) — Toma

Bəşir Teatrı İtkin ər (Ə.Əmirli) — Bikə Olmadı elə, oldu belə (Ş.Qurbanov) Özümüz bilərik (Ş.Qurbanov) Hələlik (R.Əhmədzadə) Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə

Filmoqrafiya Zəncirbənd (film, 1989) Bağdada putyovka var... (film, 2000) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Mərdanın anası) Qayınanamız (serial, 2015) Niyə? (serial, 2018-) (rol: Südabə)

İstinadlar

Mənbə Gülcahan Salamova

Kateqoriya:Azərbaycan aktrisaları