thumb|Brazil şəhərinin dizaynı Afina xartiyasına daxildir Afina xartiyası () — Le Korbuzye tərəfindən tərtib olunmuş və 1933-cü ildə Afinada keçirilən CİAM-ın növbəti konqressində qəbul olunmuş şəhərsalma manifesti. Sənədin mətni daha əvvəllər dünyanın 33 böyük şəhərində aparılmış planlaşdırma və tikinti işlərində əldə edilən təcrübənin nəticələrinə əsasən öyrənilərək yaradılmışdır. Bunun nəticəsi meqapolislərin fəaliyyətlərinin dəyişdiyi tarixi şəraitdə şəhərsalmanın prinsip və məqsədlərinə əsaslı şəkildə diqqətin yönəlməsinə səbəb olmuşdur.Маклакова Т.Г. Функционализм .
Afina xartiyasının 111 bəndindən aşağıdakı ikisi daha vacibdir: "azad yerləşmiş məkanda çoxmənzilli blok"- bu yaşayış evinin məqsədəuyğun yeganə tipidir; şəhər ərazisi aşağıdakı funkional zonalara bölünməlidir: yaşayış massivləri; sənaye (işçi) ərazisi; istirahət zonası; nəqliyyat infrastrukturası.Мир архитектуры. Лицо города. Глава 4 — Сайт В.Л. Глазычева.
İstinadlar
Xarici keçidlər CIAM и Афинская хартия «Новая» Афинская хартия
Kateqoriya:Memarlıq tarixi Kateqoriya:Şəhərsalma