() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması Azərbaycan, Оrta Аsiya (Tyan-Şan, Pamir-Alay Kopetdağ), İran və Ermənistanda təbii arealları vardır.

Azərbaycanda yayılması Naxçıvan düzənliyində, aşağı dağ qurşağından orta dağ qurşağına qədər olan sahələrdə yayılmışdır.

Statusu Аzərbaycanın nadir, relikt bitki növüdür. VU A2c+3c.

Bitdiyi yer Naxçıvan MR-nın quru daşlı olan ərazilərində rast gəlinir.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri Təbiətdə 80-100 sm hündürlüyündə dağınıq budaqlı, qabığı ağımtıl-boz rəngdə olan kolcuqdur. İkievli bitkidir. Yarpaqları cüt lələkvarı, tərs yumurtavarı və ya uzunsov, qaidəyə doğru daralır. Çiçəkləri ikicinsli, bəzən də bircinslidir. İkili çiçəkyanlığının yarpaqları sərbəst, kasayarpaqları isə bünövrədən bitişikdir və meyvələrin üzərində qalır.

Çiçəkləri sarıdır. Ləçəkləri kasayarpağından 1,5 dəfə uzundur. Erkəkcik saplağının bünövrəsində dilcikşəkilli çıxıntılar olur. Çiçək tacı çox vaxt ağ və ya sarı, bəzən mavi, qırmızı və ya bənövşəyi rəngdə olur. Qutucuğu dəyirmi, qanadvarı çıxıntılı, hər yuvada 1-2 toxumu vardır. Toxumu kiçik, dəyirmi, qonur rənglidir, aprel-may aylarında çiçək açır, iyun ayında meyvəsi yetişir.

Çoxalması Təbiətdə əsasən generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.

Zəruri qoruma tədbirləri Bitkinin yayıldığı bölgələrdə yasaqlıqların təşkil edilməsi vacibdir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax