Tintin macəraları (fr. Les Aventures de Tintin) — Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur
Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər.
Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s.
Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.). Amma "Qızıl quldurun xəzinəsi" kitabında xəzinənin Mulensar qəsrinə aparıldığı deyilir və buranın hansı yer olduğu mübahisəli olaraq qalır.
Personajları
Tintin thumb|Tintin və Milu Tintin 10 yanvar 1929-cu ildə yaradılıb və 75 yaşı 2004-cü ildə tanındığı bütün yerlərdə qeyd olunub. Tintin böyük ehtimalla Erjenin əvvəlki komiksinin qəhrəmanı və Tintinlə oxçar cəhətləri olan Totor əsasında yaradılmışdı. Totorun baş qəhrəmanı olduğu "Totorun Macəraları" komiksi 1926–1929-cu illərdə "Le Boy-Scout Belge" jurnalında nəşr olunmuşdu. Lakin yeni komiksində Tintin belçikalı jurnalist ("Petit Vingteme" qəzeti üçün müxbir olmağa çalışır), pilot və cəsur macərapərəstdir. Demək olar ki, hər macərasında Tintin öz araşdırmaq qabiliyyəti ilə işlərin üstünü açır, amma qəzetə çox az məqalə vermişdir. Tintin tərəfsizliyi ilə digər personajlardan fərqlənir. "Kastafiorenin zinət əşyaları" albomundan başlayaraq Tintin personajı dəyişdirilmişdir. Belə ki, o artıq macəra axtarmır. Bunu "Sidneyə 714 nömrəli reys" və digər komiks nömrələrində də görmək mümkündür. Bəzi Tintin sevərlər bu dəyişikliyi Tintin personajı üçün xəyanət sayırlar.
Ölümündən qısa müddət əvvəl keçmiş belçikalı nasist Leon Deqrelle Tintin personajı fikrinin əslində ona aid olduğunu bildirmişdi. Deqrelle Erjeni çoxdan tanıyırdı, amma özündən çox razı olması ilə tanınan Deqrellenin bu sözlərinin yalan olduğu güman olunur. Tintinin ilk görünüşünə qismən də olsa Erjenin kiçik qardaşı ilham vermişdi.
Kapitan Haddok Kapitan Haddok|thumb|left Kapitan Haddok Tintinin ən yaxın dostudur, ilk olaraq "Qızıl qısqaclı xərçəng" kitabında ortaya çıxmışdır. Haddok əvvəllər sərxoş və zəif şəkildə təsvir olunmuşdu, amma sonrakı nəşrlərdə cəsur və hörmətə layiq personaja çevrilmişdi. Kapitan öz kinayəli danışığı ilə də məşhurdur: Tintin nə vaxt bir fikir desə Haddok söz atmağa gecikmir.
Haddok öz hissləri ifadə etmək üçün hər cür sözü təhqir kimi işlədir: "Dimdikli məməli", "Başdan xarab", "Ölü basdıran" və ya "Xalça Taciri" kimi ifadələri tez-tez işlətsə də bunların heç biri təhqiramiz sözlər deyildir. Haddok içkini çox sevir, xüsusilə "Loch Lomond" pivəsini içməkdən zövq alır, amma sərxoşluğu əsasən komediya üçün istifadə olunur.
Haddok adı Erjenin arvadı ilə olan mübahisə zamanı həyat yoldaşının ağzından çıxmışdır. Erje beləcə bu adı seçdi. Haddokun 1976-cı ildə tamamlanan "Tintin və Pikarolar" kitabına qədər ilk adı yox idi, bu kitabda ilk adı Arşibald olaraq çəkilir. "Qızıl Quldurun xəzinəsi" kitabının sonunda Haddok Mulensar qəsrini alaraq Tintin ilə burada yaşamağa başlayır.
Professor Turnosol Professor Turnosol|thumb Profesor Turnosol eşitmə problemi olan, heyrətli olan və komiks boyunca Tintin və dostlarını avadanlıqla təchiz edən elm adamıdır. O, tək nəfərlik köpək balığı şəklində olan sualtı qayıq, Ay raketi, ultrasonik silah və s. kimi işləri Tintinə kömək etmişdir. Turnosol bəşəriyyət üçün elmi işlər görmək istəyir. Məsələn, sərxoşluğu aradan qaldırmağın yolunu içkinin dadını içənə iyrənc göstərmək kimi görür. Bu kəşfləri xüsusilə Haddokun xoşuna getmir, amma Turnosolun qulaqları ağır eşitdiyi üçün onun sözlərinin hamsını eşidə bilmir.
Turnolun ağır eşitməsi komiksə rəng qatmaq üçündür. Professor Turnosol eşitdiyi şeyi təkrar etmək kimi bir vərdişi var, amma pis eşitdiyi üçün təkrar etdiyi ifadə də səhv olur Məsələn, təyyarədə olarkən "attachez votre ceinture" (Kəmərlərinizi bağlayın) cümləsini "une tache de peinture?" (boya ləkəsi) kimi təkrarlayır. Amma professor həmişə yaxşı eşitdiyi, sadəcə bir qulağının azca pis eşitdiyi söyləyir. "Ay" kitablarında Turnosol eşitmə cihazı geyməyə başlayır və artıq hər şeyi aydın eşidir. Beləcə ciddi personaja dönür. Amma sonrakı saylarda o, bu eşitmə cihazını itirir və əvvəlki vəziyyətinə qayıdır. Turnosolun bu cür eşitməsinin Fransız fizikçi Yves Roçarddan ilham alındığı düşünülür.
Turnosol ilk dəfə "İtmiş Quldurun xəzinəsi" kitabında göründü və Erjenin uzun müddət axtardığı klassik elm adamı nümunəsinin nəticəsi idi.
Turnosol personajının İsveçrə alimi Avqust Pikkard əsasında yaradılması ehtimalı da var. "Kastafiore zinət əşyaları" kitabında Bianka Kastafiore Turnosolu Pikkard ilə qarışdırır və Turnosolun "hava şarı ilə yüksəlməsi ilə məşhur" olduğunu deyir.
Milu Milu|thumb|left Ağ it olan Milu Tintinin ən sadiq yoldaşıdır. Milu (mənası Fındıq və ya Muncuq, ingiliscə isə adı Snowy) ilə Tintin arasında əlaqələr çox dərindir və onlar bir-birilərini bir çox dəfə xilas ediblər.
Bir neçə istisna olmaqla (Məsələn, Tintin SSRİ-də) Tintin Milunun bir it olmasından danışmaz. Onlar bir-birilərini yaxşı başa düşürlər. Milunun komiksdəki qəhrəmanlara bir çox töhfəsi olmuşdu. Məsələn, "Sidneyə 714 nömrəli reys" kitabında yadplanetlilər tərəfindən qaçırıldığını xatırlayan yeganə obraz odur.
Kapitan Haddok kimi, Milu da "Loch Lomond" pivəsi içməyi sevir. Amma arada sərxoş olması onu bəlayə salır
Milu adı Erjenin ilk qız dostunun adı Mariya Luizin qısaltmasından əmələ gəlmişdir. Amma komiksdə Milu erkək itdir.
Dupont və Dupond thumb|Dupont və Dupond Dupont və Dupond arasında hansısa qohumluq əlaqəsi olmasa da əkiz kimi görsənən iki detektivdir. Onların yeganə fərqi bığlarıdır. Komiks boyunca ən çox gülməli epizodları onlar yaradırlar, çünki eyni cümləni müxtəlif şəkildə deyirlər. Tamamilə qabiliyyətsizdirlər, həmişə yanlış insanı həps edirlər, amma hər dəfə vacib tapşırıqlar (Məsələn, Sildaviyanın kosmik layihəsinin təhlükəsizliyini təmin etmək) onlara verilir.
Burulmuş bığları olan Dupont, düz bığı olan Duponddur.
Detektivlər xaricdə olmadıqları zaman əsa və kostyumla gəzirlər. Tapşırıqları zamanı yerli əhaliyə qarışmaq üçün yerli geyimləri geyinmək istəyirlər, amma hər dəfə axmaq geyimlər seçirlər. Dupont və Dupond əvvəl əlavə personajlar idi, amma daha sonra əsas personajlara çevrildilər.
Erje bu personajları eyni tip geyim geyən ata və qardaşından ilham alıb yaratmışdı.
Komiksin tərcüməçiləri bir-birinə oxşar olan adlar seçirdilər. Məsələn, ingilislər Tomson və Tompson, almanlar Şultze və Şulze, hollandlar Yansen və Yanssen, ispanlar Ernandez və Fernandez, çinlilər Duben və Dubenq, benqallar Conson və Ronson, islandiyalılar Skapti və Skafti kimi tərcümə etmişdilər. Digər dillərdə isə eyni və ya bənzər adlar qoyulur.
Maraqlıdır ki, bu personajların ingilis versiyası olan Tomson və Tompson adları 1980-ci illərin ingilis rok qrupu olan "Thompson Twins" üçün ilham vermişdir.
Əlavə personajlar Komiksdə bir çox əlavə personaj var. Ən çox önə çıxanlar Bianka Kastafiore ilk olarak "Ottokarın Əsası" kitabında ortaya çıxmışdı. Milan Bülbülü olaraq tanınansa da səsi Haddokun heç cür xoşuna gəlmir. "Kastafiore zinət əşyaları" kitabında Haddok ilə evlənəcəyi yazılır. Rastapopoulos isə Tintinin ən böyük düşmənidir. İlk olaraq "Fironun siqarları" kitabında ortaya çıxıb. "Anbardakı kömür", "Sidneyə 714 nömrəli reys" və "Mavi Lotus" əsərlərində Tintinə düşməndir. Tintinin digər düşməni Komandir Zut isə "Anbardakı kömür" kitabında ilk dəfə görünüb.
Uydurma ölkələr Bəzi hadisələr Xemeddə cərəyan edir|thumb Sildaviya — Balkan yarımadasında Albaniya əsasında uydurulub. Qonşu və düşmən dövləti Borduriyadır. Belə ki, "Ottakarın əsası"nda Borduriyanın Sildaviyanı işğal etməsi qeyd olunub və bunun 1937-ci ildə Almaniyanın Avstriyanı işğal etməsi ilə bənzədilir. Sildaviya "Hədəf Ay" bölümündə Aya uçmaq üçün roketin düzəldildiyi və Tintinin Aya yola çıxdığı ölkədir. Borduriya — Avropada yerləşir. "Turnosol hadisəsi" bölümündə kommunist dövlət kimi təsvir olunub. Nasist Almaniyası əsasında uydurulub. Ən böyük düşməni Sildaviyadır. Xemed — Ərəbistan yarımadasında yerləşən bu uydurma dövlət İordaniya ələ alınaraq yaradılmışdı. "Anbardakı kömür" kitabında hadisələr Xemeddə cərəyan edir və Petranın təsvir edilməsi ölkənin əslində İordaniya olması fikrini təsdiqləyir. San Teodoros — Cənubi Amerikada yerləşən bu dövlət uğrunda Amerika şirkətləri və Borduriyanın (SSRİ-yə işarə vurulur) rəqabətdə olduğu banan respublikasıdır. San Riko — Cənubi Amerikadadır. Nuevo Riko- Cənubi Amerikada San Teodoros ilə sərhəddə yerləşdiyi qeyd olunur. Bu iki dövlət — San Teodoros və Nuevo Riko neftə görə bir-birinə müharibə edirlər və bu Paraqvay-Boliviya arasında 1930-cu illərdə Çako müharibəsinə paraleldir. El Çako — Cənubi Amerikadakı Çako bölgəsi əsasında yaradılıb. "Qırıq Qulak" albomundakı "El Çapo" müharibəsi Çako müharibəsini əks etdirir. Sondoneziya — Cənub-qərbi Asiyada yerləşdiyi uydurulub. Ölkədə vətəndaş müharibəsinin olduğu deyilir. Bu isə ölkənin Kambocaya əsasən yaradıldığı fikrini ortaya çıxarır. Sondonezya adı Sunda və İndoneziya sözlərinin birləşməsindən əmələ gəlib. Pilçardaniya və Poldaviya — adları ancaq komiksin "Mavi Lotus" bölümündə çəkilir. Pilçardaniyanın adı Tintinin polisdən qaçdığı zaman gizləndiyi bir kinoteatrdakı xəbərdə deyilir. Mavi Lotus qəhvəxanasında yalançı bığ və saqqal taxan Tintin uydurma Poldaviya ölkəsinin səfiri zənn edilir. Qaypajama — İngilislərin Hind müstəmləkələri əsas alınaraq yaradılmışdı. "Fironun siqarları" bölümündə hadisələr burada baş verir.
İrqçilik və müstəmləkəçilik "Tintin Konqoda" albomunda heyvanlara qarşı şıddət səhnələri var. Yuxarıdakı səhnədə Tintin dinamit çubuğu ilə kərgədanı partladır|thumb
Tintin macəraları ancaq Avropalı olmayanların karikaturalarına üstünlük vermək kimi faktorlara yer verməsi komiksi irqçiliklə günahlandıranların sayını artırmışdı. Ancaq Erje 1936-cı ildə "Mavi Lotus"u yazanda yeni ideologiyaya yer verdi. "Mavi Lotus"da hadisələr Çin-Yaponiya müharibəsindən ilham alınaraq (1937–1945) Çində baş verir. Erje bu əsəri yazana qədər Çin haqqında araşdırmalar apardı. Yaponiyanın və Qərbin Çinin müstəmləkələşdirilməsi işinə burnunu soxmasını tənqid etmiş və Çin haqqında bəzi yanlış fikirləri dilə gətirmişdi.
Tintin macəralarının bəzi hissələri nəşriyyatların istəyi ilə Erje tərəfindən dəyişdirilmişdir. Məsələn, ABŞ nəşriyyatçıları Amerikadakı bütün zənci personajların hamısını ağ və ya seçilməyən rəngdə olmasını istəmişdi. "Sirli ulduz"dakı mənfi personaj yəhudi adındakı bir ABŞ-lı olsa da, gələn təzyiqlər nəticəsində əvvəl bu personaj əsli bilinməyən ABŞ-lı ilə, daha sonra uydurma ölkədə yaşayan cənubi amerikalı ilə əvəz edilmişdi.
"Tintin Konqoda" Tintin macəralarının ən mübahisəli olanıdır. Kitabda tez-tez irqçi fikirlərin verilməsi və heyvanlara qarşı şiddətə yer verilməsi böyük tənqidə səbəb olmuşdur. Erje iddia etmişdi ki, sadəcə o dövrün reallıqlarını əks etdirmişdir. 1946-cı ildə albom yenidən yaradılanda Erje Konqonun Belçika koloniyası olduğu haqqındakı istinadları ortadan qaldırmışdı, lakin mübahisələri yatırmağa bəs etməmişdi. Mübahisəli vəziyyətinə görə albom ingilis dilində ancaq ağ-qara şəkildə nəşr edildi. Albom Skandinaviyada yayınlananda isə nəşriyyatçılar 56-cı səhifədəki biabırçı səhnəyə etiraz bildirdilər. Bu səhnədə Tintin dinamit çubuğu ilə kərgadanı partladırdı. Erjedən səhifənin yenidən çəkilməsini istədilər və Erje bu istəklərini yerinə yetirdi. Heyvanı parçalamaq əvəzinə kərgədan səhvən Tintinin silahını işə salır və qorxub qaçır.
Markalar və pullar Holland poçt markası üzərində Tintin və Milunun təsviri|300px|thumb|left