Andromeda ştamı (; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı.
Mövzusu ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır.
Filmlər Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı.
2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir. Cəmi 169 dəqiqəlik filmin rejissoru Mikael Salomon olmuş, film 26-27 may tarixlərində ABŞ-nin A&E Network telekanalında yayımlanmışdır.
İstinadlar
Xarici keçidlər http://www.bilimkurgu2000.com/Asp/KitapTrk.asp?inNo=58 http://www.imdb.com/title/tt0073802/ http://www.imdb.com/title/tt0424600/ Kitab kataloqu
Kateqoriya:ABŞ romanları Kateqoriya:1969-cu ilin romanları Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş elmi-fantastika romanları Kateqoriya:Teleseriala uyğunlaşdırılmış ABŞ romanları