thumbnail|Təriqətin emblemi Pastafaryanizm ya da Uçan spagetti bədheybəti kilsəsi () — Ağıllı dizayn iddialarını tənqid etmək üçün yaradılmış parodiya dinidir. Lağlağı təriqət.Yol polisindən qəribə əmr: "Başında aşsüzən sürməlisən!" - FOTO. milli.az, 13.01.2016 Oreqon Dövlət Universitetinin fizika bölməsinin məzunu olan Bobbi Henderson tərəfindən 2005-ci ildə qurulmuşdur."But Is There Intelligent Spaghetti Out There?". New York Times Arts article. "'Spaghetti Monster' is noodling around with faith" . USA Today Science & Space article. "Church of the Flying Spaghetti Monster" . James Randi Educational Foundation article September 16, 2005. Uçan spagetti əjdahası bu dinin tanrısı hesab olunur. Bu dinə inananlar özlərinə pastafaryanist deyirlər.

2005-ci ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-nin Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Təriqətin əsas atributu aşsüzəndir.

Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.

Etimologiya Pastafaryanizm sözü italyanca olan pasta (makaron) və Rastafaryanizm sözlərinin birləşməsindən yaranmışdır.

Tarixi Pastafaryanizm dininin qurulmasında məqsəd ABŞ-nin Kanzas ştatının təhsil idarəsinin ştat məktəblərində Təkamül nəzəriyyəsinə alternativ olaraq Ağıllı dizaynın təhsil proqramına salınması qərarına etiraz etməkdi. Bobbi Henderson təhsil idarəsinə göndərdiyi açıq məktublaHenderson, Bobby (2005). "Open Letter To Kansas School Board" Uçan spagetti əjdahasına olan inancından bəhs etdi və Pastafaryan yaradılış nəzəriyyəsinin də məktəblərdə tədris olunmasını istədi. Beləliklə Ağıllı dizaynın tədris olunmasına qarşı çıxdı."Verbatim: Noodle and Balls This, Kansas" . Washington Post. August 28, 2005.Thierman, Jessica. "Touched by His Noodly Appendage" . Gelf Magazine.

Uçan spagetti əjdahasının ona yaxın keçmişdə məşhur olan və Riçard Dokinz kimi bir sıra ateistlər tərəfindən ortaya atılan Rasselin çaydanı anlayışının bir növ çağdaş variantı olduğu düşüncəsinə tez-tez toxunulur.

Həmçinin bax Rasselin çaydanı

İstinadlar

Xarici keçidlər

"Evolution Debate Spawns a Saucy Monster". Wichita Eagle. August 28, 2005. Website of the Church of the Flying Spaghetti Monster Henderson's open letter to the Kansas Board of Education The Flying Spaghetti Monster The P.A.S.T.A Foundation Church of the Flying Spaghetti Monster Australia

İstinadlar

Kateqoriya:Parodiya dinlər Kateqoriya:Ateizm Kateqoriya:2005-ci ildə yarananlar Kateqoriya:Dini təriqətlər Kateqoriya:Spagetti