Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər:
dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar. Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır.
Həmçinin bax Kobani blokadası; Leninqradın mühasirəsi.
Mənbələr
İstinadlar
Kateqoriya:Xarici siyasət Kateqoriya:Hərbi əməliyyatlar Kateqoriya:Hərbi terminlər Kateqoriya:Növlərinə görə hərbi əməliyyatlar Kateqoriya:Dəniz hüququ Kateqoriya:Müharibə qanunları