thumb|240px|Salonikidə qədim aqoranın qalıqları Aqora () — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu.

Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı.

İstinadlar

Xarici keçidlər

Official Athenian agora excavations Agora in Athens: photos

Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Meydanlar Kateqoriya:Qədim Yunan cəmiyyəti Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Qədim Yunanıstan mədəniyyəti Kateqoriya:Qədim Roma Kateqoriya:Qədim Yunanıstan iqtisadiyyatı