Kəmalə Sarıcalinskaya () — hüquq elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2009).

Həyatı 1926-cı il oktyabrın 22-də Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Kamilə Sarıcalinskaya 2012-ci ildə vəfat etmişdir.

Əmək fəaliyyəti 1949 – Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universitetinin) Hüquq fakültəsinin Cinayət hüququ kafedrasında baş laborant. 1952–1954 — həmin kafedrada müəllim. 1957–60-cı illərdə Elmi Tədqiqat Məhkəmə Ekspertizası Laboratoriyasında baş ekspert . 1960–1963 ADU-da aspirant. 1964–1980 Cinayət hüququ və Cinayət prosesi kafedralarında baş müəllim, dosent. 1980–1991 Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri. 1991–2003 Kriminalistika və məhkəmə ekspertizası kafedrasında dosent, professor əvəzi. 2003–2007 Hüquq fakültəsinin dekanı. 2007 Kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru.

Kitablar 2006 Kriminalistik texnika. Dərs vəsaiti (həmmüəllifliklə). 2005 Cinayət mühakimə icraatında şəxsiyyətin eyniləşdirilməsinin problemləri. 2004 Məhkəmə ekspertizası. Dərs vəsaiti (həmmüəllifliklə). 2003 Ekspert-xətşünasların hazırlanması (həmmüəllifliklə). 1999 Kriminalistika. Ali məktəblər üçün dərslik (həmmüəllifliklə).

Mənbə Sarıcalinskaya Kamilə Qiyas qızı

İstinadlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Bakı Dövlət Universitetinin professorları