thumbnail|Joel-Fadiut körpüsü Faduit adası — Seneqalın qərb hissəsində Joel-Fadiut şəhərinin ərazisində adaBalıqqulağıdan təşkil olunmuş ada. publika.az, 21.11.2014 thumbnail|Faduit adası balıqqulağı Adası tamamilə balıqqulağından təşkil olunub. Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağından ibarətdir. Adanı manqo, Afrika baobabı ağacları və kolluqlar möhkəm saxlayır. Əslində isə, bu ada XIX əsrin sonlarına kimi mövcud olmamışdır. Belə ki, ada tədricən yaranmışdır. Yerli əhali molyusklarla qidalanmış və onun balıqqulağı olan hissəsi gətirilərək bu əraziyə tökmüşdür. Nəticədə də, süni Faduit adası peyda olmuşdur. Ada yarandıqdan sonra Joel-Faduit şəhərinin sakinləri buraya köç etmiş və materiki ada ilə birləşdirən körpü də tikilmişdir. Hazırda bu adada məşhur bir qəbiristanlıq yerləşir ki, onun məzarları da balıqqulağından hazırlanıb.
Hazırda Faduit adası şəhərdə turistlərin ən çox sevdiyi məkanlardan biridir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Seneqal