Elman Mirzəyev () — kino rəssamı, ikinci rəssam, rəssam assistenti.
Həyatı 1959-cu ildə Bakı şəhərində anadan olub.
1980-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.
1982-ci ildən "Kirpi" satirik jurnalı ilə sıx əməkdaşlıq edir, eyni zamanda respublikada çap olunan mətbuatda karikaturaçı rəssam kimi çalışır.
1982-ci ildən Kinostudiyada cizgi-filmləri rəssamı kimi çalışıb.
1985-ci ildən "Marianet kuklalar" teatrının aparıcı rəssamıdır.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1999-2003-cü illərdə Bakıda fərdi sərgiləri keçirilib. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq Karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır.
Əsərləri onlarla kataloqda dərc olunub. UNESCO-nun xüsusi mükafatına layiq görülüb.
2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun vitse-prezidentidir
Filmoqrafiya Yatmaq vaxtıdır (film, 1984) Bir axşam... (film, 1985) Anam ağaca çıxıb (film, 1986) Seans (film, 1988) Söhbətül-əsmar (film, 1994)
İstinadlar
Xarici keçidlər
Elman Mirzəyev
Kateqoriya:Azərbaycan karikaturçuları Kateqoriya:Bakıda doğulanlar