Yellouston () — ABŞ-nin şimali-qərbində çay. Missuri çayının sağ qolu. Uzunluğu təqribən 1600 km, hövzəsinin sahəsi 182.3 min km²-dir. Qayalı dağlardan başlanır. Yuxarı axını Yellouston milli parkının ərazisindədir. Kanyonlar (dərinliyi 360 m) və şəlalələr əmələ gətirir. Qar və yağış suları ilə qidalanır. Montana ştatında suvarmada geniş istifadə edilir.

Mənbə ASE, V cild, Bakı, 1981, səh. 107

Kateqoriya:Əlifba sırasına görə çaylar Kateqoriya:ABŞ çayları Kateqoriya:Montana çayları