Mişa Blek () — yəhudi-ingilis dizayner və arxitektor.
Həyatı Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb.
Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur.
Fəaliyyəti Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur. London metropoliteninin Viktoriya xəttində hərəkət edən 1967-ci il qatarlarının dizaynı da ona məxsusdur. 1978-ci ildə, ölümündən sonra Mişa Blek mükafatı təsis olunmuşdur.Spencer, Charles Samuel (2007). "Black, Sir Misha". In Skolnik, Fred; Berenbaum, Michael. Encyclopedia Judaica. 3: Ba-Blo. Granite Hill. ISBN 9780028659312. Maks Blekin kiçik qardaşıdır.
İstinadlar
Kateqoriya:Britaniya memarları Kateqoriya:Azərbaycan yəhudiləri