Marko Polo — venesiyalı səyyah Marko Polonun Monqol imperiyasının, xüsusilə Yuan dövlətinin böyük hökmdarı olan Xubilay xanın sarayındakı ilk illəri haqqında çəkilmiş ABŞ televiziya serialı. Şou 12 dekabr 2014-cü ildə "Netflix"də başlayıb. Seriyaların ssenarist və yaradıcısı Con Fuskodur və baş rolda Lorenzo Riçelmidir. İstehsalçı şirkət "Weinstein" kompaniyasıdır. 2015-ci il yanvarın 7-də "Netflix" serialı 10 seriyalıq ikinci sezon üçün uzatmışdır.
İstehsal Serialın çəkilməsi ilk olaraq "Starz"da başladı. "Starz" 2012-ci ilin yanvarından seriyaların çəkilməsinə başladı. Çində serialın çəkilməsinə cəhd uğursuz alınanda proyekt "Weinstein" şirkətinə geri verildi. Neftliks 90 milyon dollar xərclə 10 seriyalıq sezon çəkdi. Proyekt 2014-cü ilin yanvarında "Netflix" kanalında rəsmi olaraq elan edildi. Yakim Roninq və Espen Sendberq icraçı prodüser kimi fəaliyyət göstərdilər və pilot seriyanın ("The Wayfarer") və ikinci seriyanın ("The Wolf and the Deer") rejissorluğunu etdilər. Seriyalar İtaliyada, Qazaxıstanda və Malayziyadakı "Pinewood" studiyasında çəkildi.
Dublyor Cu Kun şounu döyüş xoreoqrafı Bret Çanla birlikdə işləməyi planlayırdı. Ancaq Bret Çan Malayziya Hava Yolları reys 370 qəza edərkən öldü.
Xubilay xanın arvadı Kraliça Çabi rolu üçün hazırlaşarkən Coan Çen Cak Vezefordun "Monqol kraliçalarının gizli tarixi" kitabını oxudu, çünki o, performansının həmin dövrün mədəniyyətini əks etdirməsini istəyirdi.
Seriyalar {| class="wikitable plainrowheaders" style="width: 100%; margin-right: 0;" |- style="color:white" ! style="background:#C31514;"| Seriyanınnömrəsi ! style="background:#C31514;"| Sezonda seriyanınnömrəsi ! style="background:#C31514;"| Adı ! style="background:#C31514;"| Rejissor ! style="background:#C31514;"| Ssenarist ! style="background:#C31514;"| Çıxış tarixi
İctimaiyyət tərəfindən qəbulu Rotten Tomatoesda şou 4.6/10 ortalama reytinqlə 26 şərhə əsaslanaraq 27% reytinq aldı. Metacriticdə şou tənqidçilərdən 21 şərhdə 100 baldan 48 aldı.
İstinadlar
Xarici keçidlər Marco Polo Netfliksdə
Kateqoriya:2014-cü ilin teleserialları Kateqoriya:ABŞ teleserialları Kateqoriya:2014-cü ildə başlayan ABŞ teleserialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:2010-cu illərin ABŞ dram teleserialları Kateqoriya:Netflixin televiziya dramları