Flandriya () və ya Flandr vilayəti - Şimal dənizi sahilində yerləşən və tarixi Flandriya qraflığının ərazisini əhatə edən bölgə. Müasir Fransa, Belçika və Hollandiya ərazilərini əhatə etmişdir.
Mənşəyi Franklar tərəfindən "sel altında qalmış" mənasında Polderler bölgəsinin sonradan yaranmış adı olduğu hesab edilir.
Tarixi Flandriya qraflığı 843-cü ildə Verden müqaviləsi ilə Orta Frank krallığına, 870-ci ildə isə Meyersen müqaviləsi ilə Qərbi Frank krallığına verilmişdir. Formal olaraq Qərbi Frank kralı Daz Karldan (II Karl) asılı olan Flandriya qraflığının ilk qrafı Qraf Baodin olmuşdur.
1056-cı ildə V Baodinin dövründə Müqəddəs Roma imperiyası tərəfindən Ambaxten əyaləti və Aalst bölgələri feod olaraq alınır.
Xarici keçidlər
Kateqoriya:Belçika tarixi Kateqoriya:Avropanın tarixi vilayətləri Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Muxtar bölgələr