Zaltsburq qalası () — Avstriyanın, Almaniya sərhədinə yaxın Zalsburq şəhərində yerləşən qala. 250 metr uzunluq və 150 metr eni ilə Avropanın bu günə qədər gəlmiş ən böyük orta əsr qalalarından biridir.

Tikintinin başlanğıc tarixi 1077-ci ilə qədər uzanır. Qoruyucu ətraf divarları 1462-ci ildə əlavə edilmişdir. 1515-ci ildə ilk funikulyor çıxışı edilmişdir və hazırda qalaya çıxmaq üçün hələ də bu dünyanın ən qədim funikulyor xətti istifadə edilməkdədir.

1525-ci ildə, otuz il müharibələri səbəbi ilə Zaltsburq şəhərinin qorunması məqsədilə qala da gücləndirilmiş, qapılar və top atəş nöqtələri əlavə edilmişdir.

Birinci Dünya müharibəsində İtaliya məhkumları üçün və 1930-cu ildə də Nasistlər tərəfindən həbsxana kimi istifadə edilmişdir.

Günümüzdə Zalsburq şəhərinin mühüm turist məntəqələrindən biridir.

İstinadlar

Xarici keçidlər Salzburg Kalesi (Hohensalzburg)- AVUSTURYA Salzburg Avstriya

Kateqoriya:XI əsrə aid qalalar