Narval () — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir.
Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir. Narvalların bel üzgəci yoxdur. Onların fəqərə sümükləri başqa məməlilərinki kimi qoşulub, delfinlərdəki və balinalardakı kimi birləşməyib.
Əsasən Kanadanın Arktika və Qrenlandiya və Rusiya sularında yaşadığına görə Arktika yırtıcısı olaraq ixtisaslaşdırılırlar. Qışda o, bentik bölgələrdə sıx axın buzları altındakı kambalakimilərlə qidalanırlar. Yay ərzində narvallar əsasən arktik treskası və Qrenlandiya paltusu yeyirlər və qütb treskası kimi digər balıqlar da onların qidasının qalan hissəsini təşkil edir. Hər il yay gələndə onlar körfəzlərdən okeana hərəkət edirlər. Qışda erkək narvallar bəzən 1500 metr dərinliyə qədər suya baş vururlar və bu 25 dəqiqəyə qədər davam edir. Digər bir çox dişli balinalar kimi narvallar da "şaqqıldatmalar", "fıştırıqlar" və "zərbələr"lə ünsiyyət qurur.
Narvallar 50 yaşa qədər yaşayırlar. Dəniz suyu donanda onlar tez-tez boğulmadan ölürlər. Ölümün başqa səbəbi xüsusilə gənc balinalar arasında aclıqdır. Hal-hazırda narvalların sayı 75 mindir, beləliklə, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin kriterisinə görə narvallar nəsli kəsilmə təhlükəsinə yaxın olan növ olaraq təsnif edilir. Onlar ətləri və dişləri üçün Şimali Kanadada və Qrenlandiyada İnuitlər tərəfindın min ildən çox məhsul kimi istifadə edilmişlər və tənzimlənmiş yaşayış mənbəyi olan ov davam edir.
Taksonomiyası və etimologiyası thumb|left|Narval və onun ən yaxın nəsli kəsilməmiş qohumu ağ balinanın illüstrasiyası Narval ilk dəfə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir.(Latin) Onun adı heyvanın boğulmuş dənizçi kimi boz, ləkəli piqmentasiyasına və onun yay vaxtı dəniz səthində və ya dəniz səthinə yaxın hərəkətsiz uzanmasına görə mənası "cəsəd" olan qədim norsca dilinin nár sözündən törəyib. Elmi adı Monodon monoceros isə Yunan sözü "bir-diş bir-buynuz"dan törəyib.
Narval ən çox ağ balinaya yaxındır. Birlikdə onlar bəzən "ağ balinalar" olaraq adlandırılan təkbuynuzlular () fəsiləsinin nəsli kəsilməmiş üzvləridir. Təkbuynuzlular orta ölçüləri (təqribən 4 metr uzunluğunda), alındakı yağlı toxuma kütləsi (dairəvi hissiyyat orqanları), qısa burunlar və həqiqi bel üzgəcinin olmaması ilə fərqlənir. Eyni monofiletik mənşəyi olan təkbuynuzlular, delfinlər () və dəniz donuzları () birlikdə Delphinoidea fəsiləüstünü əmələ gətirirlər. Genetik sübut göstərir ki, dəniz donuzları ən çox təkbuynuzlulara yaxındırlar və bu iki fəsilə keçmiş 11 milyon il ərzində Delphinoidea fəsiləüstünün digər nümayəndələrindən ayrılan kladını təşkil edirlər. Daşlaşmış heyvan qalıqlarından alınmış sübut isə göstərir ki, təkbuynuzlular tropik sularda yaşayıblar. Pliosen dövründə dəniz qida zəncirindəki dəyişikliklərə görə narvallar arktik və subarktik sulara miqrasiya ediblər.
Təsviri thumb|left|Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyində bütöv skelet Narvallar orta ölçülü balinalardır və ağ balinalarla təqribən eyni ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir. Orta boy ölçüsü 4.1 metr olan erkəklər dişilərdən bir az daha böyükdürlər; dişilərdə orta boy ölçüsü 3.5 metrdir. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Erkək narvallar 11-13 yaşlarında, 3.9 metr uzunluğunda olanda cinsi əlaqəyə daxil olurlar. Dişilər isə daha gənc - 5-8 yaşlarında, 3.4 metr uzunluğunda olanda cinsi yetkinlikliyə çatırlar. Piqmentasiyaları ləkəli şəkildə olur: ağ fonda qara-qəhvəyi nişanlar. Narvallar doğulanda qara rəngdə olur və böyüdükcə daha ağ olur; cinsi yetişkinlik dövründə göbəkdə və cinsi orqanların yarıqlarında ağ xallar yaranır. Yaşlı erkəklər demək olar ki, tamamilə ağ olur. Narvalların bel üzgəci yoxdur. Buna səbəb asanlıqla buz altında üzmək üçün baş verən təkamül uyğunlaşması ola bilər. Onların boyun fəqərələri bir çox balinalardakı kimi birləşmək yerinə quru məməlilərindəki kimi qoşulub. Hər iki cəhət ağ balinada da görünür. Dişi narvalların quyruqlarının geriyə meyilli ön kənarı var, erkəklərin quyruqlarında isə daha batıq və geriyə meyilli olmayan ön kənarı var. Bunun uzun dişin səbəb olduğu ön müqaviməti azaltmaq üçün yaranan bir uyğunlaşma olduğu hesab edilir.
Diş thumb|right|400px|Narvallarda nadir görünən xüsusiyyət - iki uzun dişli kəllə. Hamburqda Zooloji Muzey Erkək narvalın ən çox nəzərə çarpan xarakteristikası tək uzun dişidir, bu yuxarı çənənin sol tərəfindən, dodaqların arasından uzanan və heliks spiral əmələ gətirən köpək dişidir. Narvalların dişləri həyatları boyu böyüyür və təxminən 1.5-3.1 metr uzunluğuna çatır. O içiboşdur və 10 kiloqram ağırlığındadır. Təxminən 500 erkəkdən 1-də iki uzun dişi var və bu sağ köpək dişi dodaqlardan çölə böyüyəndə baş verir. Dişilərdə bəzən uzun diş böyüyür; dişilərin təxminən 15 faizində uzun diş inkişaf edir və dişilərin uzun dişi zəif nəzərəçarpan spiralla erkəklərinkindən kiçik olur. Dişilərdə də ikinci uzun diş inkişaf edə bilər, ancaq belə hadisə yalnız bir dəfə qeydə alınıb. Uzun dişlər arxadan, aşağıdan və yandan morfologiya və histologiyada fərqlənən kiçik dişlərlə əhatə edilir. Bu kiçik dişlər rudimentdir və bəzən sümükdən xaric edilə bilər. Narvalın ağızı, əsasən, dişsiz olur.
Biologiya ənənəvi olaraq şirin yalına və tovuz quşunun quyruq tüklərinə oxşar bir şəkildə narvalın uzun dişini ikinci seksual xarakteristika hesab edir. Bu sürüdə mövqeyi müəyyən etməyə, digərlərindən üstünlüyü qorumağa və ya gənc erkəklərə cinsi əlaqəni icra edəndə lazım olan hərəkətlər üçün vacib olan bacarıqları inkişaf etdirməyə kömək edə bilər. Narvallar bəzən döyüşmək, başqa aqressiv davranışlar, onların arktik yaşayış yerlərindəki dəniz buzunu qırmaq üçün öz uzun dişlərini istifadə edərkən müşahidə ediliblər. Uzun diş sinirlə əlaqəli hissiyyat orqanıdır, hansı ki, milyonlarla açıq sinir ucları ilə birlikdə beyinlə xarici okean mühitini əlaqələndirir. mirror Uzun dişin başqa növə qarşı istifadə edilməsi ilə bağlı Ən azı bir dənə hadisə var. Ağ balinanın alnındakı yağlı toxuma kütləsinə keçirilmiş, döyüşün baş verdiyini göstərən sınmış uzun diş tapılıb.
Yayılması right|thumb|Kresvel Körfəzində narvallar Narval, əsasən, Atlantik okeanında və Şimal Buzlu Okeanının Rusiya hissəsində müşahidə edilir. Nümayəndələr Hudzon körfəzinin şimalında, Hudzon boğazında, Baffin körfəzində, Qrenlandiyanın şərq sahillərində və Qrenlandiyanın şimal ucundan şərqi Rusiyaya (170° Şərq) qədər keçən zolaqda qeydə alınıb. Bu zolağa daxil olan ərazilər Şpisbergen, Franz İosif torpağı və Severnaya Zemlyadır. Narvalın ən şimalda görünməsi Franz İosif torpağının şimalında, təqribən 85° şimal en dairəsində baş verib. Narvalların böyük bir hissəsi şimali Kanada və qərbi Qrenlandiyanın fiord və buxtalarında cəmlənmişdir. Onlar dəniz səviyyəsindən 1500 metr aşağıda həyatda qala bilirlər.
Miqrasiya Narvallar, adətən, dayaz sulardakı buzla örtülməmiş yay ərazilərinə qayıtmaqda sədaqət göstərərək mövsumi miqrasiyalar edirlər. Yay aylarında onlar sahilə 10-100 nəfərlik qruplar şəklində yaxınlaşırlar. Qışda onlar açıq dənizə - səthində dəniz buzundakı çatlar və yarıqlar olan qalın buz təbəqəsinin altındakı dərin sulara hərəkət edirlər. Yaz gələndə bu yarıqlar kanaların yaranmasına səbəb olur və narvallar sahil körfəzlərinə qayıdırlar. Kanadadan və qərbi Qrenlandiyadan olan narvallar müntəzəm olaraq Davis buxtası və Baffin körfəzinin sabit buz təbəqəsində qışlayırlar. Qışda qidalanma yaydakından daha çox enerjinin qəbul edilməsinə səbəb olur.
Davranışı
Narvallar, əsasən, 5-10 nəfərlik qruplarda birləşirlər və yay xaricində bəzən qrupdakı üzvlərin sayı 20-ə qədər artır. Qruplar yalnız dişilərin və gənc narvalların olduğu "uşaq bağçası" ola bilər və ya yayılmadan sonrakı yeniyetmələr və yetkin erkəklərdən ibarət ola bilər. Ancaq ilin hər hansı bir zamanında qarışıq qruplar yarana bilər. Yayda bir neçə qrup bir yerə gəlir və 500-1000 narvalların təşkil etdiyi böyük topa əmələ gəlir. Bəzən böyük erkək narvallar öz uzun dişlərini bir-birinə sürtürlər. Bunun qrupda ağalığı qorumaq üçün edildiyi və ya uzun dişin həssas hissiyyat orqanı olaraq qaldığını göstərir.
Qidalanma Narvalların nisbətən məhdud və xüsusi qidalanması var. Onların yemini, əsasən, Qrenlandiya paltusu, qütb və Arktik treskası, mürəkkəbböcəyi, krevet və Genotidaedir. Digər mədədə tapılanlara canavar balığı, moyva, skat yumurtaları və balinalar dərinliyin aşağısında qidalananda təsadüfən həmz edilən qaya parçaları daxildir. Diş quruluşu yaxşı inkişaf etmədiyinə görə narvalların yem yaxın məsafədə olana qədər ona tərəf üzərək və müəyyən bir qüvvə ilə onu ağıza tərəf soraraq qidalandığı fikirləşilir. Diş quruluşu zəif olan dimdikburun balinaların da yemlərini sorduğu fikirləşilir.
Narvalların yayda sıx qidalanan cəmiyyəti var. Kanada Zoologiya Jurnalında çap edilən bir tədqiqat nə yediklərini görmək üçün fərqli yaş dövrlərindən və fərqli cinsiyyətlərdən olan 73 nayvalı yoxlayıb. Narvallar Pond İnletdən idi və onların mədə tərkibləri 1978-ci ilin iyunundan 1979-cu ilin sentyabrına qədər yoxlanılıb. 1978-ci ildə tədqiqat narvalların qidalanmasının təqribən 51%-i təşkil edən Arktik treskasının (Boreogadus saida) birinci yerdə, qidalanma çəkisinin 37%-i təşkil edən Qrenlandiya paltusunun (Reinhardtius hippoglossoides) ikinci yerdə olduğunu tapdı. Bir il sonra hər iki canlının narvalın qidalanmasındakı faizləri dəyişdi. 1979-cu ildə Arktik treskası 57% və Qrenlandiya paltusu 29%-i təşkil etdi. Dərinliklərdə yaşayan balıqlar - paltus, Sebastes marinus və qütb treskası erkəklərin qidalanmasnda tapılıb və bu da narvalların dəniz səviyyəsindən 500 metr dərinliyə qədər enə bildiyini göstərir. Tədqiqat müxtəlif yaş dövrlərindən və müxtəlif cinsiyyətlərdən olan narvalların qidalanmasında xüsusi ehtiyaclar olmadığını aşkar etdi.
Suya baş vurma thumb|200px|Narvalların başaşağı üzməsi Qışlama sularında narvallar dəniz məməliləri üçün rekord sayılacaq dərinliklərə baş vururlar. Onlar hər gün 15 dəfədən çox ən azı 800 metr dərinliyə baş vururlar və bunların bir çoxu 1500 metr dərinliyə qədər çatır. Bu dərinliklərə qədər üzmək aşağıda keçirilən vaxt, aşağını gəzmək və səthdən geri qayıtmaq daxil olmaqla 25 dəqiqə çəkir.
Xəbərləşmə Bir çox dişli balinalar kimi narvallar da səsi üzmək və qida tapmaq üçün istifadə edirlər. "Şaqqıldatmalar", "fıştırıqlar" və "zərbələr" heyvanın başındakı hava dəliyi yaxınlığında olan bölmələr arasındakı hava vasitəsilə yarana bilər və kəllənin maili ön tərəfinə əks oluna bilər. Daha sonra bu səslər əzələ sistemi tərəfindən idarə edilən alındakı yağlı toxuma kütləsi tərəfindən yönləndirilir. "Şaqqıldatmalar" yemin exo-lokasiyasını və yaxın məsafədəki maneələrin yerini müəyyən etmək üçün istifadə edilir. Müxtəlif nümayəndələrin etdiyi "şappıltılar" yemi ovlamağı asanlaşdırmaq məqsədilə onları çaşdırmaq və hərəkət etməyən hala gətirməyə qadir ola bilər, ancaq bu xassə təsdiq edilməyib. Narvalın fıştırıqları ağ balina ilə müqayisədə nadir hallarda eşidilir. Narvallar tərəfindən edilən digər səslərə nərildəmələr və qıcırdayan qapı səsləri daxildir.
Çoxalma və erkən həyat