Ləkəli salamandra — salamandralar fəsiləsinə aid olan bir salamandra növü.
Xüsusiyyətləri Qalın bədəninin uzunluğu 25 sm-ə qədər çatır. Başın ön hissəsi qabarıq olub erkək fərdlərdə anal bölgə daha qabarıqdır. Kürək bölgəsi qara rəngdədir və üzərində sarı, nadir də olsa qırmızı ləkələr olur. Ləkələrin yerləşməsi və forması çox müxtəlifdir. Alt hissəsi qara rəngdədir.
Yaşadığı yerlər Dağlıq və təpəlik bölgələrdə nəmli meşə və ağaclıqlarda yaşayır. Buralarda yarpaqların altında, ağacaların köklərində, daşlarda, oyuqlarda gizlənir. Əsasən gecə heyvanlarıdır. Gizləndikləri yerlər sudan uzaq olmur. Yağışlı havalarda gündüzlər də görünür. Dəniz səviyyəsindən 300–2000 m yüksəklikdə yaşayır.
Qidalanması Gecələri ova çıxan canlı olub əsasən soxulcanlarla və yumşaq cücülərlə qidalanır.
Çoxalması Dişi fərd 20–40 və ya daha çox sürfə qoyur. Bu sürfələr daha sonra metamarfoz keçirib ana canlıya çevriləcəklərdir.
Qalereya
Xarici keçidlər Turkherptil Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1758-ci ildə təsvir edilən suda-quruda yaşayanlar Kateqoriya:Zəhərli heyvanlar Kateqoriya:Həssas növlər Kateqoriya:Avropa faunası Kateqoriya:Ev heyvanları Kateqoriya:Avropa suda-quruda yaşayanları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları