Fransisko Rodriges () — Meksikalı yarıyüngül çəkili boksçu.
Həvəskar karyera Pako ləqəbli idmançı 1984-cü ildə Meksikada dünyaya gəlmişdi, həvəskar karyerası müddətində 5 dəfə Çikaqoda keçirilmiş Qızıl Əlcək yaşının və həmçinin 2001-ci ildə keçirilmiş Beynəlxalq Qızıl Əlcək çempionatının qalibi olmuşdur.
Peşəkar karyera Peşəkar karyerasında ilk döyüşün 2005-ci ilin yanvarında keçirtmişdir. Ümumilikdə keçirdiyi 17 döyüşün cəmi 3-də rinqi məğlub tərk etmişdir.
Ölümü Rodriges 2009-cu ilin noyabr ayının 20-də məğlubedilməz kimi tanınan amerikalı boksçu Teon Kennedi ilə keçirdiyi döyüşün 10-cu raundunda özünü piss hiss edərək yerə yıxılmış və təcili yardım ilə xəstəxanaya çatdırılan boksçunu həyatda cəmi iki gün saxlamaq ümümkün olmuşdur, həkimlərin səyinə baxmayaraq noyabırın 22-də Fransisko Rodriges gözlərinin əbədi olaraq yumdu.
Miras, Yeni Həyat Rodrigesin ölümündən sonra onun daxili orqanları ailəsinin razılığı ilə tranplantasiya edilərək (hər iki böyrəkləri, mədəaltı vəzisi, ağciyəri və ürəyi) orqan çatışmazlığından əziyyət çəkən xəstələrə köçürüldü. Onun ailəsi hər ad günündə orqanları köçürülmüş insanları bir yerə toplayaraq Rodrigesin qəbri üzərinə gedib onun məzarda olmasına baxmayaraq orqanları yaşadığına görə təsəlli tapırlar. Həqiqətəndə Pako onlar üçün fədarak qəhrəmandır.
Xarici keçidlər Qızıl Əlcək sahibi olan boksçu öldü Qəhrəman 1 (E:6 TV proqram) Qəhrəman 2 (E:6 TV proqram)
İstinadlar
Kateqoriya:Meksika boksçuları