Cənnət (Canetta) Əlibəy qızı Səlimova () — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Bakı Kamera Teatrının yaradıcısı.

Həyatı Cənnət Səlimova 20 yanvar 1940-cı ildə Bakı şəhərində Əlibəy Səlimov və Anna Moiseyevna Korenmanın ailəsində anadan olmuşdur.

1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində, 1962–1967-ci illərdə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda dram rejissorluğu ixtisası üzrə təhsil almışdır. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında və Musiqili Komediya Teatrında rejissor kimi fəaliyyət göstərmişdir. Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

8 aprel 2009-cu ildən 1 sentyabr 2012-ci ilədək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışmışdır. Daha sonra həmin teatrda quruluşçu rejissor kimi fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru, teatr xadimi Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Berkli Kaliforniya Universitetiinin professoru Lütfi Zadənin xalası qızıdır.

Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 10 yanvar 1978 "Şərəf" ordeni — 17 yanvar 2020 "Şöhrət" ordeni — 17 yanvar 2000 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003 "Şərəf nişanı" ordeni

Quruluş verdiyi əsas tamaşalar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı: "Aydın" — (C. Cabbarlı) "Şeyx Sənan" — (H. Cavid) "Hekayəti xırs quldurbasan" — (M. F. Axundzadə) (2009) "Məkkəyə gedən yol" — (C. Məmmədquluzadə) "Cəsur qurbağa balası" — (L. Ustinov) "Axırıncı qatar, yaxud itlər" — (O. Kazımi, İ. Fəhmi) "Ezop" — (G. Fiqeyredo) "Sərgüzəşti vəziri Xani Lənkəran" — (M. F. Axundzadə) "Mənim ağ göyərçinim" — (T. Vəliyeva) "Göyçək Fatma" — (Azərbaycan Xalq nağılı) "Mən səni sevirəm –M. S. S" — (Ə. Əmirli) "Romeo və Cülyetta" — (U. Şekspir) "Buzovna kəndinin əhvalatları" — (Elçin) "Don Rafaello Tranbomçu" — (F. Peppino) "Müsyo Jordan və Dərviş Məstəli şah" — (M. F. Axundzadə) "Əlincə qalası" — (Dilsuz) "İtalyansayağı xoşbəxtlik" — (D. Fo, P. Filippo) "III Riçard" — (U. Şekspir) "Mehmanxana sahibəsi" — (K. Qaldoni) "Dəli Yığıncağı" — (C. Məmmədquluzadə)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı: "Fərhad və Şirin" — (S. Vurğun)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı: "Söyüdlər ağlamaz" — (Ə. Bədəlbəyli) "Sevil" — (F. Əmirov) "Traviata" — (C. Verdi) "Məsxərəçilər" — (C. Leonkovallo) "Bohema" — (C. Puççini)

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı: "Silva" — (İ. Kalman) "Bayadera" — (İ. Kalman) "Maritsa" — (İ. Kalman) "İddialı qaraçı" — (İ. Kalman) "Şən dul qadın" — (F. Leqar) "O olmasın, bu olsun" (Ü. Hacıbəyov) "Baladadaşın toy hamamı" — (Elçin) "Balaca şahzadə" — (A. S. Ekzüperi) "Utancaq qız" — (F. Dostoyevski)

Azərbaycan Dövlət Rus Dram Teatrı: "Vanya dayı" — (A. P. Çexov) "İdiot" — (F. M. Dostoyevski) "Kuraj ana və onun uşaqları" — (B. Brext) "İvanov" — (A. P. Çexov) "Mehmanxana sahibəsi" — (K. Qaldoni) "Beluginin evlənməsi" — (A. Ostrovski)

Bakı Kamera Teatrı: "Qodo həsrətində" — (S. Bekket) "Ezop" — (G. Fiqeyredo) "İtlər" — O. Kazımi, İ. Fəhmi) "Hekayəti- xırs quldurbasan" — (M. F. Axundov)

Filmoqrafiya Zəlimxan dastanı (film, 2007) Dünən qəfildən gəldi (film, 2009) Allahın Lütfü (film, 2019)

İstinadlar

Mənbə "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.

Xarici keçidlər "Baladadaşın toy hamamı" tamaşası növbəti dəfə səhnədə… Джаннет Селимова: Мы недооцениваем азербайджанских актеров — ФОТО "O olmasın, bu olsun" yeni quruluşda təqdim olunub

Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri