Zənzibar və ya Zangibar — Afrikanın şərqində, iki adadan ibarət və Tanzaniya dövlətinə bağlı muxtar bölgə.
Zənzibar əsas ada olan Zangibar adasından və Pemba adasından ibarətdir. Paytaxtı Stoun Taun şəhəridir. İqtisadiyyatı ədviyyata və turizmə əsaslanır. Zənzibar əsil adı Forrux Bulsara olan və "Queen" rok qrupunun solisti olan Freddi Merkurinin doğum yeridir. Merkuri Stoun Taunda anadan olmuşdur.
Zənzibar dünyanın ən tanınmış ədviyyat ixracatçılarından biridir.
Tarixi Zənzibar Şirazdan qaçıb gəlmiş iranlı köçkünlər tərəfindən yaradılmışdır. Fars dilində "Zangi bar"– "zəncilər sahili" deməkdir. 1503–1698-ci ildə Zənzibar Portuqaliyanın hakimiyyətində qalmışdır. 1698-ci ildə Oman sultanlığının əlinə keçmişdir.
1840-cı ildə Oman sultanı Seyid Said ibn Sultan Əl-Busaid sultanlığın paytaxtını Məsqətdən adadakı Ston Tauna köçürmüşdür. 1856-cı ildə ölümündən sonra oğulları hakimiyyət uğrunda savaşa çıxmış və 6 aprel 1861-ci ildə sultanlıq Oman və Zənzibar olmaqla iki yerə ayrılmışdır. 6-cı oğlu Məcid ibn Sultan Ə-Busaid (1834–1870) Zənzibar sultanı, 3-cü oğlu Seyid Tuvaini ibn Said Əl-Said Oman sultanı olmuşdur.
Zənzibar 1890–1963-cü illərdə Böyük Britaniya tərəfindən təyin olunan vəzirlərlə yarı-müstəqil idarə olunmuşdur. 19 dekabr 1963-cü ildə müstəqil sultanlıq olmuşdur. Amma tezliklə 12 yanvar 1964-cü ildə hökumət devrilmiş və 26 aprel 1964-cü ildə Tanzaniyaya birləşmişdir.
İdarəetmə Zənzibarın 50 yerli və hər 5 ildən bir yenilənən milli məclisi vardır.
Turizm Zənzibarda, xüsusilə də onun mərkəzi olan Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilirZənzibar, okeanın ardınca . milli.az, 03.02.2016 . Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Qalereya
Həmçinin bax Zənzibar Futbol Assosiasiyası
İstinadlar
Xarici keçidlər Zəznizbar hökuməti Zənzibar şəkilləri Zənzibar videosu Zənzibarda tətil
Kateqoriya:Ərəb dilində danışılan ölkə və bölgələr Kateqoriya:Ada dövlətlər Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:1963-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Britaniyanın keçmiş protektoratları