Renato Dulbekko () — İtaliya virusoloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (xərçəng virusları və hüceyrənin genetik materialı arasında qarşılıqlı təsirə dair kəşflərinə görə). San-Diyeqo Kaliforniya Universitetinin məzunudur.
Həyatı 1914-cü ildə İtaliyada doğulmuş Renato Dulbekko 35 yaşında Birləşmiş Ştatlara mühacirət etmişdir. O, əvvəlcə Kaliforniya Texnologiya Universitetində, sonra isə Solk Bioloji Tədqiqatlar İnstitutunda çalışmışdır. 1975-ci ildə o, şiş virusları və hüceyrənin genetik materialı arasındakı əlaqələr sahəsindəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür. Tanınmış alim Kaliforniya ştatındakı La Colla şəhərində yerləşən evində 98 yaşında, yuxuda ikən vəfat etmişdir.
İstinadlar
Mənbə http://www.muallim.edu.az/arxiv/2011/17/43.htm http://azertag.az/xeber/Boyuk_alim_yuxuda_iken_vefat_etmisdir-163417?device=Desktop
Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Turin Universitetinin məzunları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Virusoloqlar Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ virusoloqları