Yəhya xan Mirzə Əsədulla xan oğlu Diba (1881–1940) — İranın ictimai-siyasi xadimi.

Həyatı Yəhya xan Mirzə Əsədulla xan oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində, ali təhsilini Avropada almışdı.

Yəhya xan Diba Azərbaycan camaatı tərəfindən İran Milli Məclisinə nümayəndə seçilmişdi.

Yəhya xan Diba Qacarlar dönəmində Cənubi Azərbaycan Maliyyə idarəsinin rəisi vəzifəsində çalışmışdı.

Yəhya xan Diba Pəhləvi sarayında xidmət etmişdi.

Yəhya xan Diba 1940-cı ildə vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, № 10, səh.52–64.

İstinadlar

Həmçinin bax Mirzə Əsədulla xan Nizaməddövlə Mahmud xan Əlaülmülk Fəzlulla xan Dəbirəssəltənə İclaülmülk

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Dibalar Kateqoriya:Təbatəbailər Kateqoriya:İran parlamentinin üzvləri