Vestminster borosu — Vest-Endin əksər hissəsi, o cümlədən Böyük Londonun mərkəzi ərazisinin böyük hissəsini tutan, Londonun daxilində yaşayış məntəqəsidir. Bu boro qərbə tərəf qədim Siti ilə qonşudur, düz şərqə tərəf Kensinqton və Çelsi ilə, cənuba tərəf isə Temza çayı ilə hüdudlanır. Boro 1 aprel 1965-ci ildə Böyük Londonun əsasının qoyulduğu vaxt yaradılıb. Yaradılmasının ardınca, əvəllər daha kiçik olan Vestminster Metropoliten Borosu tərəfindən tutulmuş siti statusuna layiq görülüb.

Böyük parklar və açıq yerlər olmasına baxmayaraq, rayonun əhali sıxlığı yüksəkdir. Bir qayda olaraq Londonla əlaqəli olan bir çox yerlər Bukingem sarayı, Parlament binası , Dauninq-strit 10 rayonun ərazisindədir. Boro bir neçə yaşayış məntəqələrinə o cümlədən gecə əyləncə rayonu Soho, alış-veriş ərazisi yaxınlığındakı Oksford-strit , Ridjent-strit ,Pikadilli və Bond-strit və Vestminster sarayı yaxınlığındakı qədim siyasi Vestminster rayonuna bölünür. Boronun çox hissəsi yaşayış ərazisidir. 2008-ci ildə hesablamalara görə əhalinin sayı 236,000 nəfər olub. Yerli orqanı Vestminster Şəhər Şurasıdır.

Demoqrafiya 2011-ci ildə əhalinin siyahıyaalınmasına görə boronun əhalisi 219,396 nəfərdir. Əhalinin təxminən 61,6%-ni ağdərililər (Britaniyalılar: 35.2%, İrlandlar: 2.3%, və başqa ağdərili millətlərin nümayəndələri: 24.1%), 14.6%-ni Asiyalılar (o cümlədədən Çinlilər), 7.5% qaradərililər, 7.2%-ni Ərəblər, 5.2% qarışıq millətlərin, 3.9%-ni digər irqi qrupların nümayəndələri təşkil edir.

İstinadlar

Xarici keçidlər Vestminster borosu Vestminster Şəhər Şurasının YouTube kanalı West End Extra— yerli qəzet

Kateqoriya:London boroları Kateqoriya:1965-ci ildə yaranmış dövlətlər və ərazilər