Beksli borosu () — Londonun 32 borosundan biri. Böyük Londonun şərqində yerləşir və sahəsi 60,56 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. Londonun şəhərətrafı Beksli, Kreyford, İrit və qismən Sidkap qəsəbələrini əhatə edir. 2011-ci ilin məlumatına görə əhalisi 232 800 nəfər olmuşdur.

İstinadlar

Xarici keçidlər Rəsmi veb-saytı Bekslinin qısa tarixi

Kateqoriya:London boroları Kateqoriya:1965-ci ildə yaranmış dövlətlər və ərazilər