Oqtay Hacıyev () — Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Xan Şuşinskinin sonuncu tələbəsi, Azərbaycan Dövlət Televiziyası və Radiosunun C. Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı, solist və konsermeyster.

Həyatı Uşaq yaşlarından musiqiyə həvəsi olan Oqtay Hacıyevin pərəstiş etdiyi xanəndə Xan Şuşinski idi. Bir gün tar çalmaq həvəsinə düşən Oqtay üçün xalası oğlu Bakıdan tar alıb gətirir. Əlinə ilk dəfə musiqi aləti alan Oqtay, ailədə xoş qarşılanmasına baxmayaraq musiqiçi olmaq qərarını qəti olaraq bildirir. Lakin atası bu işdə ona ilk dəstəkçi olur. İlk tar müəllimi atasının xalası oğlu olur və ona cəmi 3 not və bu 3 notdan ibarət Rəşid Behbudovun ifa etdiyi Telman Hacıyevin “Lalələr” mahnısını öyrədir.

22 aprel 2022-ci ildə Bakıda vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan solistləri Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər