Qrenland dənizi - Qrenlandiyanın şərq sahili, İslandiyanın şimal bölgəsi, Şpitsbergen və Yan Mayen arxipelaqları arasında yerləşən dəniz. Dənizin sahəsi 1,205,000 km² bərabərdir. Dəniz Şimal Buzlu okean ərazisində yerləşsə də qismən Şimali Atlantik ərazisinə də daxil edilmişdir. Qrenland dənizinin ortalama dərinliyi 1,526 metrdir. Ən dərin nöqtəsi Norveçin Şpitsbergen adasının 140 km qərbində yerləşən Malloy çökəkliyidir. Malloy çökəkliyi 5,608 metr dərinliyindədir.

Mənbə Measurements of the Greenland Sea ice extent – University of Illinois Urbana-Champaign Greenland Sea ice cover, data animations 1979–1998

Kateqoriya:Qrenland dənizi Kateqoriya:Qrenlandiya dənizləri Kateqoriya:Norveç dənizləri Kateqoriya:Avropa dənizləri Kateqoriya:Atlantik okeanın dənizləri Kateqoriya:Şimali Avropa coğrafiyası