Norveç, rəsmi olaraq Şimali Avropada yerləşən Skandinaviya ölkəsidir, Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərinin iddialarına daxildir. Paytaxtı və ən böyük şəhəri Oslodur.

Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı "Şahzadə Mod Torpaqları"na da ərazi iddiları vardır. Həmin adada Norveçin "Troll" tədqiqat stansiyası yerləşir.

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilmişdir.

Tarix

thumb|upright|Norveç qışda peykdən görüntü thumb|Trondheimsfjordyaxınlığında |thumb|upright|Şimali Norveç |thumb|upright|Rondeslottetgölü Rondane Milli parkında, Şərqi Norveç |thumb|upright|, Sogn og Fjordane |thumb|upright|Muskok Dovrefjellda |thumb|upright| Toten VIII–XI əsrlər arasında Norveçdə Vikinqlər olaraq bilinən bir dövlət höküm sürmüşdür. Davakar bir xalq olaraq tanınan Vikinqlər cənubda Britaniya, İrlandiya,İslandiya, Qrenlandiya ve hətta Şimali Amerikaya qədər çataraq koloniyalar qurdular. 1000-ci illərdə Xristian missionerlər Norveçdə Xristiyanlığı yaymağa başladılar. Norveç kralı I. Haakon Xristiyanlığı qəbul etdi. 1030-cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi. 1363-cü ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkəni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğulan Olaf'ın 1387-ci ildə erkən yaşda ölməsi üzərinə I. Margrete taxta çıxdı (1387–1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu halına gəldilər.

1521-ci ildə İsveç Kalmar Birliyindən ayrıldı. Bu zamanda Skandinav ölkələri Martin Lüter tərəfindən Almaniyada başladılan Protestant Reformasiyası ilə sarsıldı. Danimarka və Norveç 1821-ci ilə qədər Danimarka-Norveç adı altında birlikdə hərəkət etməyə davam etdilər. Kralları bir idi, amma konstitusiyaları, dövlət qurumları və orduları ayrı-ayrı olmağa davam etdi. 19-cu əsrin başlanğıcında Norveç Napolyon döyüşləriylə təməlindən sarsıldı. Fransa müharibədə məğlub olanda Danimarka 1814-cü ildə imzaladığı Kil müqaviləsi şərtləri əsasında döyüşü qazanan tərəfin iştirakşısı olan İsveçə Norveçi vermək məcburiyyətində qaldı. Norveçlilər İsveç idarəçiliyindən məmnun qalmadılar. Üsyanlar baş qaldırdı. Nəhayət 1905 tarixində İsveç Norveçin müstəqilliyini tanıdı. Danimarka şahzadəsi VII. Haakon Norveç kralı elan edildi. Bu gün Birliyin Dağılması Günü adı ilə bayram edilməkdədir.

Norveç Birinci Dünya müharibəsində bitərəf qaldı. İkinci dünya müharibəsində də bitərəf qalma niyyətində olmasına baxmayaraq 9 aprel 1940 tarixində Nasist Almaniyası tərəfindən işğal edildi. 9 may 1945-ci ildə Almaniyanın təslim olmasına qədər Norveç işğal altında qaldı. 1949-cu ildə Norveç NATO'ya daxil oldu. 1960'ların sonlarında Norveç sularında kəşfedilən neft və qaz Norveçə böyük bir rifah qazandırdı. 1972 və 1994'də edilən referendumlarda Norveç xalqı Avropa Birliyi'nə daxil olmamasına qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini iştirakçısı olduğu EFTA qurumu vasitəsilə sürdürməkdədir. Günümüzdə Norveç Birləşmiş Millətlər Təşkilatının məlumatına görə yaşama standartları baxımından dünyanın ən irəlidə olan ölkələrindən biridir.

Coğrafiyası Şimali Avropada yerləşmiş Norveç Skandinaviya yarımadasının şimal və qərb hissəsini tutur. Şpitsbergen arxipelaqı, Yan-Meyen və ölkəyə yaxın yerləşmiş digər adalarda Norveçə məxsusdur. Şərqdə, İsveç (sərhəddin uzunluğu 1619 km), şi-mal-şərqdə Finlandiya (729 km) və Rusiya (167 km) ilə həmsərhəddir. Qərbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə şimal dənizlərinə çıxışı var.

Norveç, sahilləri çox girintili-çıxıntılı olan ölkələrdən biridir. Bir çox bölgələrdə əzəmətli sıldırım qayalar sahil boyu şaquli dovarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq, sanki dəniz üzərində asılı vəziyyətdə qalırlar. Bu oyuqlar sahil dalğalarının qayalara çırpılması nəticəsində yaranır. Bu cür qayalıq sahillərin önündən yalnız kiçik gəmilər və ya qayıqlar keçə bilər.

Dəniz sahilinə yaxın ərazilərdə çoxsaylı sahil adaları, sualtı qayalar və adsız ki-çik adalar səthə çıxır. Gəmişilik üçün yararsız olan Norveç çaylarından fərqli olaraq, fyordlar ölkənin əlverişli su yolları sayılır.

Norveç dənizinin fyordları, dəniz tərfdən çoxsaylı adalarla əhatə olunduğundan, fırtına, külək və dəniz cərəyanları dalğalarından yaxşı qorunur. Fırtına zamanı fyord-lar həmçinin gəmilər üçün yaxşıd aldanacaq rolu oynayır. Norveç ərazisinin 70 faizini təşkil edən orta yüksəklikli Skandinaviya dağları cə-nub-qərbdən şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Ölkənin ən yüksək zirvəsi Qalhöpiggen dağıdır (2469m). Norveçdə çoxlu göllər və iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri-adi gözəllik verir. Əsas çaylar Lo-gen, Beqna və Qlommadır.

Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və cə-nub dəniz küləkləri, Norveç iqliminə böyük təsir göstərir. Norveç sahillərində dəniz donmur, fyordlar isə ilboyu naviqasiya üçün açıqdır. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq, Şimali Avropanın ən isti ölkəsidir. Osloda və şimla sahillər-də yanvarın orta temperaturu mənfi 2-dən mənfi 4 dərəcəyədək olur. Yay fəsli isti keçmir. Ölkənin ancaq cənub-qərbində iyulun orta temperaturu müsbət 12, Oslo ətra-fında 17, bəzən 25, hətta 30 dərəcəyə çatır.

Stavangerdən Namsusa qədər olan sahil ərazidə isə ümumiyyətlə orta aylıq tem-peratur il boyu mənfi olmur. Amma ölkənin bir sıra daxili rayonlarında iqlim olduqca sərtdir. Elə rayonlar var ki, qış yeddi ay davam edir, bəzi günlərdə temperatur mənfi 50 dərəcəyə enir.

Əhalisi Norveçin iri şəhərlə-ri Kristiansann, Berken, Oslo, Tronheym isə əsas portlarıdır. Əhalinin böyük əksəriy-yəti – norveçlilərdir. Ölkədə digər etnik qruplardan – saamilar danimarkalılar, isveçlilər finlər yaşayır. Orta ömür müddəti: kişilər üçün 74, qadınlar üçün 81 ildir.

Etnik tərkibi Norveçlilər 79%, digər xalqlar 21%

Mədəniyyət Ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə sənət sahəsində əhəmiyyətli insanlar yetişdirmişdir. Bunlardan rəssam Edvard Munch, bestekar Edvard Grieg, heykəltaraş Qustav Vigeland və oyun yazıçısı Henrik İbseni misal göstərmək olar.

Norveç Krallığında ali təhsil Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır. Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkətinin 2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Son illər Norveç ali təhsilində aparılan islahatlar müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

Özəl institutlar üçün akkreditasiya könüllü xarakter daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi kollec universitetlər universitet olmaq şansı qazanıblar.

Ali təhsil müəssisələri arasındakı fərq əsasən onların akkreditasiya hüquqları ilə əlaqədardır. Məsələn, kollec universitetləri magistr və fəlsəfə doktoru dərəcələri vermək məqsədilə akkreditasiya üçün müraciət etməli olduqları halda, universitetlərin qarşısında belə bir şərt qoyulmur. Burada həmçinin bir sıra özəl ali məktəblərin də magistr və fəlsəfə doktoru dərəcələri vermək hüququ əldə etmək üçün akkreditasiyadan keçməsi ilə bağlı tələblər mövcuddur. Bu müəssisələr Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən akkreditə olunmuş tədris proqramları təqdim edirlər.

Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin təmin olunması prosesini müxtəlif üsullar vasitəsilə həyata keçirir:

ali təhsil müəssisələrinin akkreditasiyası; ali təhsil proqram və kurslarının akkreditasiyası; akkreditasiya prosesinin yoxlanılması; ali təhsil müəssisələrində daxili keyfiyyətin təminatının qiymətləndirilməsi; təhsilin qiymətləndirilməsi; texniki peşə təhsilinin tanınması; xarici ixtisasların tanınması.

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların oxu, yazı, riyazi və kompüter bacarıqlarının təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir.

Məktəbəqədər təhsil müəssisələrində dərs demək üçün kollec universitetlərində üçillik təhsil almaq tələb olunur. İbtidai məktəblərdə dərs demək üçün kolleclərdə ümumi fənn müəllimi (4 illik təhsil) və ya fənn müəllimi (3 illik) ixtisaslarına yiyələnmək lazımdır.