Veddell dənizi () — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində Antarktik yarımadası ilə Kots Torpağı arasında yerləşir.

Ümumi məlumat thumb|left Sahəsi 2,920,000 km² ,orta dərinliyi 3,000 m ,ən dərin yeri 6820 m (şimal hissədə) təşkil edir. Cənub və cənub-qərb hissələrdə dərinliyi nisbətən dayazdır (500 m). Qışda cənub hissədə suyun temperaturu −1,8 s qədər. Cənub sahillərində şelf buzlaqları Ronn və Filxnera yerləşir. 20–25 ildən bir sahillərindən nəhəng Aysberqlər ayrılır. Dəniz ilin böyük qismi buzla örtülü olması ilə əlaqədar qalınlığı 2 metrə catan buz parcaları hərəkət edir. Sularında kit və suitiləri (Veddell suitisi) ilə zəngindir. Gəmiçilik üçün heçdə əlverişli deyil. Dəniz 1823-cü ildə ingilis ekspedisiya rəhbəri Ceyms Veddell tərəfindən kəşf edilir. O dənizi IV Qeorq adlandırır, 1900-cü ildən dənizi onu kəşf edənin şərəfinə Veddell adlandırırlar. Dənizi örgənən alman ekspedisiyası "Qütb ulduzu" gəmisində ,dənizin şəffaflığının 79 m olmasını müəyyən etmişlər. Hazırda dənizin 80 metrliyində ora atılan disk asanlıqla görünür.

Mənbə Antarktida və onun sahillərində olan dənizlərin xəritəsi

Kateqoriya:Cənub okeanın dənizləri Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış dənizlər Kateqoriya:Argentina Antarktikası