thumb|right|300px|20 mart tarixində baş verən günəş tutulmasının Dublin şəhərindən olan görüntüsü. (09:30:09) Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür.

Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır.

Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır. Martın 20-i yaz gecə-gündüz bərabərliyidir və tutulma Günəş altı aydan sonra Şimal yarımkürəsində qalxanda baş verib.

Tam tutulmanın göründüyü məskunlaşılmış ərazilər yalnız Farer və Şpitsbergendir.20. marts 2015 — Total Solar Eclipse Time&Date

Müşahidəsi Günəş tutulması 08:30GMT-də cənub-qərbdə başladı və şimal-şərqə tərəf hərəkət etdi. Tutulma Şimali Atlantik və Arktik okeanlarında (Qrenlandiya, İslandiya, İrlandiya, Birləşmiş Krallıq, Farer adaları, şimali Norveç və Murmansk vilayəti) yaxşı görünürdü. Kölgə öz yoluna Qrenlandiyanın cənub sahilində başladı, daha sonra şimal-şərqə hərəkət etdi, İslandiya və Birləşmiş Krallıq arasında keçdi və Farer adları və Norveçin ən şimalındakı adalar üzərindən hərəkət etdi. Tutulmanın kölgəsi Avropada müxtəlif dərəcələrdə görünüb. Cənub-şərqi ərazilər yalnız natamam günəş tutulmasını müşahidə ediblər. Məsələn, London 85% günəş tutulmasını görüb, ancaq Norveç dənizindəki Farel adalarının şimalı bütöv günəş tutulmasını görə bilib.

Təsiri Avropa Birliyinin təqribən 90 Gigavatt günəş gücü və istehsalı var və bu səmanın aydınlığından asılı olduğu üçün müvəqqəti olaraq 34 GW-a qədər enib. Bu ilk dəfə idi ki, tutulma elektrik stansiyalarına böyük təsir edirdi və təsiri azaltmaq üçün elektrik sektoru ölçü götürdü. Gücdə dəyişiklik −400 MW/dəq və +700 MW/dəq ola bilər."Solar Eclipse 2015 – Impact Analysis " pp3+6+7+13 . European Network of Transmission System Operators for Electricity, 19 February 2015. Accessed: 4 March 2015.Temperatur 3 °C düşə bilər və külək gücü küləklər 0.7 m/s azaldığına görə düşə bilər.S. L. Gray , R. G. Harrison. "Diagnosing eclipse-induced wind changes" Proceedings of the Royal Society. DOI: 10.1098/rspa.2012.0007 Published 25 May 2012. Archive Hadisələrin toqquşması 20 mart 2015 tarixi həm də yaz gecə-gündüz bərabərliyidir. Əlavə olaraq, 2015-ci il üçün altı super ay gözlənilirdi və 20 mart 2015-ci il super ayı ilin üçüncüsü idi. Ancaq o, hilal olduğuna görə yalnız kölgəsi görünürdü. Coğrafi inkişaf Fayl:SE2015Mar20T.gifFayl:Animation solar eclipse of March 20, 2015.gif

Əlaqəli tutulmalar

İstinadlar

Ədəbiyyat

NASA graphics Google interactive map of the eclipse from NASA NASA Besselian Elements – Partial Solar Eclipse of 2007 September 11

Xarici keçidlər

Kateqoriya:Günəş tutulmaları Kateqoriya:2015-ci ildə elm Kateqoriya:2015-ci ildə Avropa