Çarabad () — ipəkçiliyin inkişaf etdirilməsi məqsədilə 1841-ci ildə indiki Şəki şəhəri yaxınlığında salınmış və rus koloniyasının məskunlaşdığı ipəkçilər məhəllələsi. Digər məlumata əsasən, Azərbaycan ərazisində ilk olaraq 1829-cu ildə Nuxada fəaliyyətə başlamış baramaaçan fabrik (manufaktura) "Çarabad fabriki" adlanmışdır.
Çarabadda ancaq ruslar yaşayırdılar. İpəkçilik cəmiyyətinin bütün binaları, idarələri burada cəmləşmişdi. Bir qədər vaxtdan sоnra məhəllədə Çarabad ipəkçilik məktəbinin əsası qоyuldu. Bu məktəb 1863-cü ilə qədər Çarabad koloniyası nəzdində fəaliyyət göstərmişdi.
Çarabad tut plantasiyası 802X158 sajen ölçülü sahəni (13 887 kv sajen) əhatə edirdi və burada 40 000 tut ağacı vardı.
İstinadlar
Kateqoriya:Şəki Kateqoriya:1841-ci ildə yarananlar