Sibuyan dənizi () — Sakit okeanında Filippin arxipelaqına daxil olan Papay, Tablas, Marinduke, Luson və Masbate adaları arasında yerləşir. Dərinliyi 1700 m təşkil edir. Tropiq iqlim qurşağında yerləşir. Yağıntının miqdarı 3000 mm təşkil edir. Səthində temperatur 23–28 s arasında dəyişir. Duzluğu 32,0–32,5 ‰ təşkil edir. Mərkəzində Sibuyan adası yerləşir. 23–26 oktyabr 1944-cü ildə İkinci Dünya müharibəsinin ən qanlı donanma döyüşlərindən biri baş vermişdir. ABŞ və Yaponiya arasında baş vermiş döyüşdə yapon donanmasının əsas qüvvələri məhv edilir.

İstinadlar

Kateqoriya:Sakit okeanın dənizləri Kateqoriya:Filippin dənizləri