Vasili Radlov (; ) — alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloqu.Cavanşir Vəkilov. ARSAK: TUTARLI CAVAB . "Diplomatiya aləmi" jurnalı, 2004, № 7, səh. 88.
Həyatı 1837-ci ildə anadan olmuşdur. Berlin Universitetində ali təhsil almışdır.1858-ci ildə Berlin Universitetini bitirdikdən sonra Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır. Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859–1871), Kazan (1874–1884) və Peterburq (1884–1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və "Aus Sibirien" adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman alim "Vergleichende Grammatik der nördlichen Türksprachen" adlı əsərinin "Phonetik der nördlichen Türksprachen" hissəsini yazmışdır. Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri "Opyt slovarja tjurkskix narecij"dir. Bu lüğəti tərtib etməyə 1859-cu ildə Barnaulda başlamışdır, çapı isə 1911-ci ildə sona çatmışdır. Radlovun rəhbərliyi altınnda Rusiya Elmlər Akademiyasında "Atlas der Altertümer der Mongolei" adlı əsər işıq üzü görmüşdür. Radlov əski türk yazılarına bir çox məqalələr həsr etmişdir. 1909–1912-ci illərdə alim "Alttürkische Studien" başlığı altında altı əsər üzərində işləmişdir. Ömrünün 81-ci ilində Peterburqda vəfat etmişdir.
Əsərləri "Şimali türk dillərinin müqayisəli qrammatikası" (c.1, 1882, almanca); "Monqolustanda qədim türk kitabələri" (3 c., 1894–1895); 10 cildlik "Türk tayfalarının xalq ədəbiyyatından nümunələr" (1866–1907); 4 cildlik "Türk dillərinin lüğəti" (1888–1911).
İstinadlar
Kateqoriya:Şərqşünaslar Kateqoriya:Türkoloqlar Kateqoriya:Dialektoloqlar Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:Smolensk lüteran qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Muzey direktorları Kateqoriya:Rusiya imperiyası dilçiləri Kateqoriya:Rusiya imperiyası arxeoloqları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Rusiya imperiyası etnoqrafları Kateqoriya:Almaniya mühacirləri Kateqoriya:Almaniya arxeoloqları Kateqoriya:Almaniya dilçiləri Kateqoriya:Rusiya imperiyası türkoloqları