Nepal zəlzələsi — 25 aprel 2015-ci ildə Nepal standart vaxtı ilə 11:56-da (Ümumdünya vaxtı ilə 6:11:26) baş verən zəlzələ. 7.8 bal gücündədir. Episentr Nepal, Lamcunqun təqribən 34 kilometr şərqi cənub-şərqidir və hiposentr təqribən 15 kilometr dərinlikdədir. 1934-cü il Nepal-Bihar zəlzələsindən sonra bu Nepalda baş verən ən güclü zəlzələdir. Zəlzələnin nəticəsi kimi 7300-dən çox insanın ölməsi məlumdur. Everest dağında ölənlərin sayı 2014 Everest uçqununda ölənlərin sayını keçir. Katmandu dərəsində, bəziləri Katmandu Durbar Meydanında olmaqla, UNESCO Ümumdünya irsi yerlərində əsrlərcə yaşı olan tikililər dağılıb.

Zəlzələ thumb|left|290px|Zəlzələnin və afterşokların USGS xəritəsi. Zəlzələ 25 aprel 2015-ci ildə, Nepal standart vaxtı ilə 11:56-da təqribən 15 kilometr dərinliyində baş verib. Episentr Nepal, Lamcunqun təqribən 29 kilometr şərqi cənub-şərqidir. Təqribən iyirmi saniyə davam edib. Zəlzələ United States Geological Survey tərəfindən 7.5 bal gücündə qiymətləndirilib. Daha sonra 7.9 bala yüksəldilib və axırda 7.8 bala düşüb. Çin Zəlzələ Şəbəkələri Mərkəzi zəlzələni 8.1 balında qeyd edir. Hindistan Metereologiya Departamenti deyib ki, iki güclü titrəmə Nepalda Ümumdünya vaxtı ilə müvafiq olaraq 06:11 və 06:45-də qeydə alınıb. Birinci titrəmə Rixter şkalası ilə 7.9 bal gücündə ölçülüb və episentri paytaxt Katmandudan 80 kilometr şimal-qərbində olub. İkinci titrəmə Rixter şkalası ilə 6.6 bal olub. Seysmik fokus Yer səthindən 10 kilometr aşağıda yerləşir. Bharatpur zəlzələyə ən yaxın böyük şəhərdir, episentrdən 53 kilometr məsafədədir. Bu ikinci titrəmə Katmandudan 81 kilometr şimal-qərbdə baş verib.

4.5 balında və ya daha böyük olan iyirmidən çox afterşok baş verib. Onlardan ən böyüyü 26 apreldə baş verib, 6.76 bal gücündədir.

İntensivlik USGS vebsaytında "Sən onu hiss etdin?" cavablarına görə Katmanduda intensivlik IX (Şiddətli) olub. Titrəmələr Hindistanın Bihar, Uttar Pradeş, Assam, Qərbi Benqal, Sikkim, Uttarakxand, Orissa, Andhra Pradeş ştatlarında və Yeni Dehlidə hiss edilib. Orissada evlərin divarlarında kiçik çatlaqlar qeydə alınıb. Kiçik zəlzələlər Koççi kimi uzaq yerlərdə qeydə alınıb. Patnada intensivlik V (Mülayim) idi. USGS vebsaytında"Sən onu hiss etdin?" cavablarına görə Dəkkədə intensivlik IV (Yüngül) idi. Zəlzələ həmçinin Tibet, Pakistan və Butanda hiss edilib.

Təsiri

+Ölkələrə görə xəsarət alanlar Ölkə Ölənlər Yaralılar İstinadlar > 7,566 > 16,391Nepal PM faces ire of quake victims , The Hindu, April 29, 2015 78 288 25 383 4 200Cəmi > 7,673 > 17,262

+Nepalda xəsarət alan xaricilər Ölkələr Ölənlər İstinadlar 40 10 4 4 4 2 2 1 1* 1 1* 1 1 1Cəmi73

Yalnızca Nepalda 7000-dən çox adam ölüb və 14000-dan çox adam yaralanıb.

Zəlzədə Everest dağında qar uçqununa səbəb olub, ən azı 19 nəfər ölüb.

UNESCO Ümumdünya irsi olan Katmandu Dubar meydanının, həmçinin 1832-ci ildə tikilən Dxaraxara qülləsinin və Qorkhadakı Manakamana məbədinin dağıldığı xəbər verilir. Canaki Mandirin şimal hissəsi və Patan Durban meydanının da dağıldığı məlumat verilir. Bütün beynəlxalq hava nəqliyyatı təxirə salınıb. Ancaq Tribxuvan Beynəlxalq Aeroportunda heç bir ölüm halı qeydə alınmayıb.

İstinadlar

Xarici keçidlər

USGS Earthquake Hazards Program

Kateqoriya:2015-ci ildə Çin Kateqoriya:2015-ci ildə Banqladeş Kateqoriya:2015-ci ildə Nepal Kateqoriya:2015-ci ildə Pakistan Kateqoriya:2015-ci ildə Hindistan Kateqoriya:Çində zəlzələlər Kateqoriya:Banqladeşdə zəlzələlər Kateqoriya:Nepalda zəlzələlər Kateqoriya:Pakistanda zəlzələlər Kateqoriya:Hindistanda zəlzələlər Kateqoriya:25 apreldəki hadisələr