Sirakuza (, ) — İtaliyanın inzibati bılgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Sirakuza şəhəridir.

Coğrafiyası Sirakuza əyaləti Siciliya adasının cənub-şərqində İon dənizinin sahilləri boyunca yerləşmişdir. Əyalətin kontinental hissəsini İbley dağları tutur. Ən yüksək nöqtəsi Monte-Lauro zirvəsi olub, dəniz səviyyəsindən 986 m hündürlükdə qərar tutmuşdur.

Əyalətin sahəsi 2109 km²olub, Siciliya adasının 8,2 %-ni təşkil edir. Əyalət şimalda Kataniya əyaləti, qərbdə Raquza əyaləti və şərqdə isə İon dənizi suları ilə əhatələnmişdir.

Əyalətin şimal hissəsi Siciliyada ən iri şay sayılan Simento çayı vadisinə aiddir. Simento çayı əyalətin bu nahiyəsinin kənd təsərrüffatı üçün mühüm əhəmiyyətə malikdir. Sirakuza əyalətinin mərkəzi Aqusta körfəzi nə aid olduğundan nisbətən urbanizasiya olunmuş nahiyəsi sayılır. Çənub nahiyəsi bataqlıq və karst relyeflərinə malikdir. İnzibatı İcmalarƏhali Sirakuza122.304 Auqusta36.482 Avola31.729 Lentini24.210 Noto23.799 Floridia22.655

Kateqoriya:Siciliya Kateqoriya:İtaliya Kateqoriya:Siciliya kommunuları Kateqoriya:İtaliya əyalətləri