Od (Bir Yunus romanı) — İskəndər Palanın Yunus Əmrədən bəhs edən romanı.

2014-cü ilin may ayında kitabın cib ölçüsündə olan forması satışa çıxmışdır.

Məzmunu

13-cü əsrin hər baxımdan keşməkeşli və yandırıb-yaxan mühitinə Yunus Əmrənin gəlişi tarixi atmosfer içərisində həqiqi mənasına qovuşdurulur. Dağıntılar və yanğınlar içindən bir könül və bir insanlıq abidəsinin inşasını cümləbəcümlə danışır və əlbəttə, qəlbə toxuna-toxuna yol alır.

Bilirəm, "Biz bu yerdən gedər olduq, qalanlara salam olsun" demişdi

Yenə Bilirəm, "Bizim üçün xeyir dua qılanlara salam olsun" demişdi

Və Sevgiliyə getdiyi o gecədən sonra adının dildən dilə, Eşqinin könüldən könülə vurnuxduğunu da bilirəm

İndilərdə ona kimi Aşıq Yunus, Miskin Yunus, Dərviş Yunus… qoy onu da desinlər.

Və Türk yurdlarında, onu ən çox "Bizim Yunus" deyə çağırırlar. Bilirəm.

Musiqi Kitab türkülərdən ibarət olan musiqi CD-i ilə birlikdə satışa buraxılmışdır. CD-dəki musiqi parçaları:

Arayıp bulsam izini Aşk bezirgânı Aşkın aldı benden beni Ben yürürüm yane yane Bir kez gönül yıktın Dağlar ile taşlar ile Dolap neden inlersin Fenada bir garipsin Geldi geçti ömrüm benim Hak bir gönül verdi bana Ben bu yolumu bilmez idim Severim ben seni Şeyhimin illeri Yar yüreğim yar

Tərcümə və nəşr Kitab türk dilində 380 000 tirajı çapdan çıxmışdır.

Kitab 2012-ci ildə Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

İstinadlar

Həmçinin bax İskəndər Pala Yunus Əmrə

Xarici keçidlər

Kateqoriya:2011-ci ilin kitabları Kateqoriya:Türk dilində kitablar Kateqoriya:2014-cü ilin kitabları Kateqoriya:Türk dilində romanlar Kateqoriya:İskəndər Palanın romanları