Boeing B-29 Superfortress və ya qısaca B-29 — İkinci dünya müharibəsi ərzində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan 4 motorlu ağır bombardman təyyarəsi. İkinci dünya müharibəsindən sonra Koreya müharibəsində də istifadə olunmuşdur.
Haqqında
B-29 İkinci dünya müharibəsində istifadə olunan ən böyük bombardman təyyarələrdən biridir. Təsirli bombalama gücünə, mərkəzi atəşləmə sisteminə, uzaqdan idarə olunan silahlara malik olması başlıca üstünlüklərindən biri olmuşdur. Həm gecə, həm gündüz yüksək bombalama qabiliyyətinə sahibdir. B-29 təyyarələri Naqasaki və Hiroşimaya atom bombası dayışan təyyarələrdir. 1960-cı ilin 20 iyununda istismardan qaldırana qədər 3.970 ədəd B-29 istehsal edilmişdir.
B-29-lar İkinci dünya müharibəsində ancaq Sakit okean cəbhəsində istifadə olunmuşdur. "Enola Gay" adlı B-29 "Little Boy" atom bombasını 6 avqust 1945-ci ildə Hiroşimaya, "Bocksar" adlı B-29 isə "Fat Man" atom bombasını 9 avqust 1945-ci ildə Naqasakiyə atmışdır.
Xüsusiyyətləri
Xüsusiyyət Rəqəm 1 Maksimum heyət 11 2 Uzunluq 30,2 metr 3 Qanad uzunluğu 43,1 metr 4 Hündürlük 8,5 metr 5 Qanad sahəsi 161,3 m2 6 Boşkən ağırlıq 33.800 kq 7 Yüklü ağırlıq 54.000 kq 8 Maksimum qalxma ağırlığı 60.560 kq 9 Maksimum sürət 310 knots
İstinadlar
Xarici keçidlər AHHQ muzeyində B-29
Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:ABŞ təyyarələri Kateqoriya:Boeing təyyarələri