Rəfi ibn Leys (; ) — 806–810-cu illərdə Mərkəzi Asiyada Abbasilərə qarşı baş vermiş üsyanın başçısı.
Həyatı Rəfi ibn Leys Əməvilər dövlətinin Xorasan valisinin törəməsi idi. Böyük mülkədar idi və Soqdianada yaşayırdı. O, Abbasilərə qarşı üsyan başlatdı və bu qiyam 4 il sürdü. Orta Asiyanın böyük şəhərlərini, Səmərqəndi, Buxaranı, Şaşı və digər yaşayış məskənlərini əhatə etdi.
Xəlifə Harun ər-Rəşid (786–808) Rəfi ibn Leysin Xorasandakı üsyanını yatırmaq üçün hazırladığı səfərdə Qəzvin xalqı ilə də görüşərək onların deyləmilərlə olan mübarizələrindən qaynaqlı dilə gətirdikləri sıxıntılar qarşısında şəhər üzərindəki vergi miqdarında endirim etdi.
806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar.
İstinadlar
Kateqoriya:Üsyan rəhbərləri Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:IX əsr şəxsləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:Harun ər-Rəşid Kateqoriya:VIII əsr ərəbləri