Azərbaycan yepiskopluğu — Müxtəlif vaxtlarda Nestorian kilsəsinin və Xaldey katolik kilsələrinin Atropatena ərazisinə müvafiq gələn tarixi inzibati ərazisi. Araz çayından müasir İraqın Rəvandüz şəhərinəcən uzanan ərazidən ibarət idi. Mərkəzi Qazakada yerləşirdi. 410-cu ildə bu yepiskopluğun heç bir üst quruma tabe olmadığı göstərilir, lakin VIII əsrdə artıq Adiabena mitropolitliyinin tərkibində göstərilir.Marqalı Foma, Wallis Budge redaktəsi, Hakimlər kitabı, səh. 315–16

Qədim Nestorian yepiskopları Qazakalı Hoşea — 486-cı ildə patriarx Akatsinin sinoduna imza atanlar sırasında adı çəkilir.Sara Qasımova, On Christianity in Medieval Azerbaijan Yohannan — 544-cü ildə Mar Abanın sinoduna imza atanlar sırasında adı çəkilir.J. B. Chabot, Synodicon Orientale ou recueil des Synodes nestoriens 550-ci ildə Mar Abanın özü ilə görüşmüşdür. Melçisedek — 544-cü ildə İosifin, 576-cı ildə İyezekielin sinoduna qoşulanlar sırasında adı çəkilir. Hxanişo — 605-ci ildə Qriqorinin seçən yepiskoplar arasında adı çəkilir.

Orta əsrlər Yuxarıdaki tarixlərdən sonra haqqında məlumat olmayan yepiskopluq yenidən sənədlərdə 1074-cü ildə Urmiyada ortaya çıxır.Fiey, J. M., Pour un Oriens Christianus novus; répertoire des diocèses Syriaques orientaux et occidentaux (Beyrut, 1993) Kirakos Gəncəlinin məlumatına əsasən Monqol işğalından sonra Təbriz və Naxçıvanda kilsələrin tikintisinə yenidən başlanmışdı. Sonrakı dövrlərdə yepiskopların olduğu məlumdur, sənədlərdən birində Yohannan adlı bir yepiskopun adı çəkilir, 1111-ci ildə yaşadığı qeyd olunur.David Wilmshurst, The Ecclesiastical Organisation of the Church of the East, 1318–1913, səh 312. O daha sonra adı bilinməyən başqa bir yepiskop tərəfindən 1132-ci ildə əvəz olunmuşdu. 1281-ci ildə III Yahballahanın seçilməsində Azərbaycan yepiskopu Yohannan və Salmaslı Yusif də iştirak etmişdi. Bundan sonra mənbələr birdən çox yepiskopun mövcudluğunu və onların birdən çox patriarxa bağlılığını göstərir və hiyerarxiyanın pozulduğuna işarə edir. 1686-cı ildə "Taron, Terqavar, Arn və Azərbaycan yepiskopu" Yohannan haqda qeyd mövcuddur.MS Cambridge, Add 2045 (Kembric əlyazması, 2045) 1734-cü ildə Mosullu Xızır başqa bir Yohannan adlı yepiskopun adı çəkir.

Xaldey Katolik kilsəsi yepiskopları 1780-ci ildə Xaldey Katolik kilsəsinin qurulmasından sonra ilk patriarx olan VIII Yohannan Hörmüzd 1836-cı ildə Nikolas Zayanı Azərbaycan yepiskopu təyin etmişdi. Nikolas Zaya özü Salmasın Xosrovabad kəndində anadan olub.

İstinadlar

Həmçinin bax Azərbaycanda Katolik Kilsəsi

Xarici keçidlər

Kateqoriya:Azərbaycanda xristianlıq Kateqoriya:Azərbaycanda din tarixi Kateqoriya:Atropatena