Hüseyn Məmmədov () — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948).

Həyatı Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir.

Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur.

1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.

Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir. 3 dəfə ""Lenin" ordeni", "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.

Dırnıs kənd məktəbi Hüseyn Məmmədovun adınadır.

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Füzuli Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağsu Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qonaqkənd Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları