Sergey Stanislavoviç Rebrov (; ) — keçmiş sovet və ukrayna futbolçusu, hücumçu. Karyerasının sonuna yaxın daha çox hücuma meylli yarımmüdafiəçi kimi çıxış edirdi.Karyerasının böyük hissəsini Dinamo Kiyevdə (1992–2000 və 2005–2008-ci illər). Ukrayna, Rusiya və Türkiyə çempionatlarının qalibi olmuşdur. İngiltərə Premyerliqasında, həmçinin Ukrayna millisində çıxış etmişdir. 2009-cu ildə futbolçu karyerasını bitimişdir. Hal-hazırda Dinamo Kiyev klubunun baş məşqçisidir. Ukrayna çempionatında 100-dən artıq qol vurmuş ilk oyunçudur.
Klub karyerası 1992-ci ildə Dinamo Kiyevə keçməzdən əvvəl Şaxtyorun yeniyetmələrdən ibarət komandasında çıxış etmişdir. 1992–2000-ci illər ərzində Ukrayna çempionatının 189 oyuna 93 qol, Ukrayna kubokunun 25 oyununda isə 18 qol vurmuşdur. Həmçinin Rebrov 1997/98 və 1998/99-cu illər ərzində UEFA çempionlar Liqasında bir sıra mühüm qollar vurmuşdur. 2000-ci ildə 11 milyon funt-sterlinqə Tottenhem Hotspura transfer edildi. Lakin 2001-ci ildə, əvvəlcə Fənərbaxçaya icarəyə verildi, sonradan isə Vest Hem Yunaytedə tranfer edildi. İngiltərə Rebrobu tez-tez "Ən pis transfer" nominasiyasında "mükafat"a layiq görürdülər.
2005-ci ildə Rebrov azad agentə çevrildi və iki ildən sonra yenidən Dinamo Kiyevlə müqvilə imzaladı.Klubdakı uğurlu oyununa görə Rebrov yenidən Ukrayna millisinə dəvət aldı. 2008-ci ildə Rebrov Kazanın Rubin klubuna transfer edildi və Rubinin heyətində Rusiya çempionu oldu. 24 iyun 2009-cu ildə Rebrovun Kiyevin Arsenal klubuna transfer olunması xəbəri yayılsa da, o həmin klubda oynamadı və həmin ilin 20 iyul tarixində peşəkar futbolçu karyerasını bitidiyini elan etdi. Həmin gün o, Dinamo Kiyevin dublyorlarının komandasına baş məşqçi təyin edildi.
Məşqçi karyerası 2012-ci ildə Rebrov Dinamo Kiyevin əsas komandasında baş məşqçinin köməkçisi təyin edildi. Tezliklə Bloxinin komandası tərk etməsindən sonra, baş məşqçi vəzifələrinin icrası Rebrova tapşırıldı.2014-cü ilin 15 may tarixində Dinamo Ukrayna kubokunun finalında Şaxtyor Donetski məğlub edərək, kubokun sahibi oldu. Həmin il mayın 18-də Rebrov rəsmi olaraq Dinamo Kiyevin baş məşqçisi təyin edildi. 17 may 2015-ci ildə öz meydanında Dnepri 1–0 hesabı ilə məğlub edən Dinamo Kiyev, çempionatın sonuna iki tur qalmış çempion oldu.
Məşqçi statistikası KomandaÖlkəVəzifəyə gəlmə vaxtıVəzifədən getmə vaxtıGöstəricilərOQHMqələbə %iVQBQQFDinamo KiyevUkrayna17 апреля 2014—49377575,5110927+82Cəmi49377575,5110927+82
Oyun statistikası
Klub səviyyəsində MövsümKlubÇempionatKubokAvrokuboklarDigərCəmiOyunQollarOyunQollarOyunQollarOyunQollarOyunQollar1991Şaxtyor7231----1031992191061----25111992–93Dinamo Kiyev2356220--3171993–941021021--1331994–952486171--37101995–963195120--38101996–9730201040--35201997–98292277128--48371998–9922955148--41221999–002018421610--40302000–01Tottenhem29953--2036122001–0230130--623932002–03Fənərbaxça132------1322003–0425231----3032004–05Vest hem2712000413322005–06Dinamo Kiyev271351101034142006–071762072102782007–08912051--1622008Rubin24510----255200970----1080Ümumilikdə Dinamoda2421134419723120360163Ümumi42314567257231153577204
Milli komanda səviyyəsində MilliİlOyunQollarUkrayna1992101993301994--1995--19965119971031998541999104200050200180200271200370200440200531200671Cəmi7515
İstinadlar
Rebrov Rebrov Kateqoriya:Ukrayna Premyer Liqasının ən yaxşı bombardirləri Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Dinamo Kiyev FK məşqçiləri Kateqoriya:Ukrayna Premyer Liqası məşqçiləri Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları