Hüseyn Əlipənah oğlu Hüseynov () — biologiya elmləri namizədi, professor

Həyatı Hüseyn Hüseynov 1915-ci ildə anadan olmuşdur. Biologiya elmləri namizədi, professordur. O, 1961–1966-cı illərdə BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, 1972–1975-ci illərdə Biologiya fakültəsinin dekanı olub. 100-dən çox məqalənin, dərslik, dərs vəsaitləri və proqramların müəllifi olmuşdur. Hüseyn Hüseynovun elmi fəaliyyəti, əsasən, Darı-dağ mərgümüş suyunun qan və qanyaranmaya və Azərbaycan florasından alınmış aktiv maddələrin orqanizmin karbohidrat mübadiləsinə təsirinin öyrənilməsi ilə əlaqədardır. Elmi fəaliyyətində Naftalan neftinin müalicəvi təsirinin bioloji mexanizminin tədqiqi sahəsində apardığı elmi işlər əsas yer tutur.Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan bioloqları Kateqoriya:Professorlar Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Biologiya elmləri namizədləri