Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd.
Tarixi Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.128. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdirШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.547. Rayon mərkəzindən 15 km məsafədə yerləşir.
Toponim türk mənşəli muğanlı etnonimiШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.535-537 əsasında əmələ gəlmişdir.
Etnotoponimdir. Sadə quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Əhalisi 1828-ci ildən sonra kəndə İrandan köçürülən 52 erməni yerləşdirilmişdirШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.547-550. Onlar 1831-ci ildən sonra kənddən köçüb getmişlər. Kənddə 1831-ci ildə 243 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 392 nəfər, 1908-ci ildə 513 nəfər, 1914-cü ildə 811 nəfər, 1919-cu ildə 350 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129. 1919-cu illərdə azərbaycanlılar soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunmuşИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.222 və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Azərbaycanlılar öz doğma kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilmişdir. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 64 nəfər, 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Əhali qırğınları Muğanlı – 1918-ci il. 900 nəfər yaşamışdır. Daşnakların genosid siyasətinə qurban getmiş yüzlərlə kənddən biri. Əhaliyə divan tutularaq məhv etmişlər. 1922-ci ildə kəndə 28 nəfər qayıtmş və dogma yürdun ermənilərin əlində oldugunun şahidi olmuşlar.Eldar İsmayıl, "Zavallı ermənilər, yoxsa zalım ermənilər...", Bakı, 2014.
Ədəbiyyat Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri